Azərbaycan Diplomatik Akademiyasında diplomatlar üçün "Qafqazı
tanıyaq" adlı
təlim başlamışdır
AzərTAc xəbər verir ki, aprelin 25-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) ölkəmizin və Türkiyənin diplomatları üçün "Qafqazı tanıyaq" adlı beşgünlük təlim başlanmışdır.
Akademiyanın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev bildirmişdir ki, azərbaycanlı və türkiyəli diplomatların bir araya gələrək təlim keçməsi iki qardaş ölkənin dövlət qurumları, xarici siyasətlə məşğul olan məmurları və ekspertləri arasında qarşılıqlı anlaşmanı artıracaq, dostluq münasibətlərini daha da genişləndirəcəkdir.
H.Paşayev demişdir ki, türkiyəli diplomatlar, həmçinin
yerli dövlət məmurları, alimlər,
region üzrə ekspertlər ilə görüşmək, Azərbaycanın
tarixi guşələrinə
və mədəniyyət
mərkəzlərinə səfər
etmək imkanı qazanacaqlar.
Azərbaycan.- 2011.-26 aprel.- S. 3.