Qəssan Əli OSMAN: "Azərbaycan
Prezidentinin mədəniyyətlərarası dialoqun inkişaf
etdirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüslər
müsbət nəticələrini verməkdədir"
Xəbər verildiyi kimi, Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini uğurla başa çatdırmışdır. Müxtəlif ölkələrdən yüksək rütbəli şəxslərin, nazirlərin, elm, din, mədəniyyət xadimlərinin qatıldıqları forumda xarici mətbuat nümayəndələri, jurnalistlər də iştirak etmişlər.
Bakı Forumunun iştirakçısı, Sudanda çıxan "əl-Xartum əl-Cədidə" (Yeni Xartum) jurnalının məsul redaktoru Qəssan Əli Osman AzərTAc-a müsahibəsində bildirmişdir ki, Azərbaycan Prezidentinin mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüslər öz müsbət nəticələrini verməkdədir. Bakının ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu buna bariz nümunədir.
Mətbuatda tez-tez mədəniyyətlərarası dialoqla bağlı məqalələr və araşdırmalarla çıxış etdiyini deyən sudanlı qonaq Bakıda keçirilmiş tədbirdə irəli sürülmüş təşəbbüslərin və digər məsələlərin onun üçün yeni mövzu olduğunu bildirmiş və gələcək tədqiqatlarında bunlardan istifadə edəcəyini söyləmişdir.
Bakıya ilk
dəfə gəldiyini deyən sudanlı jurnalist
paytaxtımızda gördüyü sürətli
inkişafdan sevindiyini, müasirliklə qədimliyin elementlərini
özündə birləşdirən şəhərimizin
ürəkləri sehrləyən gözəlliyinə valeh
olduğunu bildirmişdir.
Azərbaycan.- 2011.-26 aprel.- S. 3.