Akademik Ramiz Mehdiyevin "Gorus-2010:
absurd teatrı mövsümü" kitabının
müzakirəsi keçirilmişdir
Gəncə
Vaxt ötdükcə akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" adlı kitabı ictimaiyyətin diqqətini daha çox cəlb edir. Artıq bu dəyərli əsər Gəncənin ali təhsil ocaqlarında oxucuların stolüstü kitabına çevrilmişdir.
Aprelin 23-də Gəncə Şəhər İcra Hakimiyyəti ilə birlikdə Dövlət Aqrar Universitetində akademik Ramiz Mehdiyevin bu kitabı ilə əlaqədar "Erməni soyqırımı: mif və reallıqlar" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbirdə regional elm mərkəzinin, ali məktəblərin, elmi-tədqiqat institutlarının rəhbərləri, müxtəlif idarə və müəssisələrdə çalışan ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Konfransı giriş sözü ilə Aqrar Universitetinin rektoru, əməkdar elm xadimi Mirdaməd Sadıqov açaraq nankor ermənilərə, ilk növbədə isə ağa qara deyən Serj Sarkisyana tutarlı faktlarla, elmi dəlillərlə cavab verən bu dəyərli kitabın misilsiz əhəmiyyətindən danışdı. M.Sadıqov dedi ki, akademik Ramiz Mehdiyevin kitabında tarixi faktlar dərindən araşdırılır, ermənilərin qondarma iddiaları tutarlı sübutlarla alt-üst edilir, real vəziyyət səriştəli şəkildə şərh olunur.
Milli Elmlər Akademiyasının müxbir üzvü, Gəncə Regional Elm Mərkəzinin direktoru Fuad Əliyev və YAP Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov erməni xislətinin mahiyyətindən danışdılar və akademik Ramiz Mehdiyevin əsərində riyakar ermənilərin iç üzünün konkret faktlarla açılaraq dərindən təhlil edildiyini xüsusi vurğuladılar. Dönə-dönə qeyd olundu ki, kitabda Serj Sarkisyanın tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti yeni qondarma iddialarla çaşdırmaq cəhdləri elmi dəlillərlə və tarixi faktlarla ifşa edilmişdir.
Konfransda Dövlət Aqrar Universitetin dosentləri Məleykə Əlizadənin "Əsrlərlə davam edən xəyanət", Almaz Aşırovun "Qarabağ müharibəsi və erməni vandalizmi", Nizami Əlizadənin "Erməni soyqırımı mifi", Ceyhun Hüseynovun "Gorus-2010: absurd teatr mövsümü" kitabı Azərbaycan tarixinin mənbəyi kimi", Gəncə Dövlət Universitetinin dosenti Pərvin Kərimzadənin "Ermənilərin həyata keçirdikləri soyqırımı beynəlxalq cinayətdir" mövzularında məruzələri dinlənilmişdir.
Maraqlı və məzmunlu keçən konfransda Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" adlı kitabının məğzi, mahiyyəti haqqında geniş söhbət açıldı. Natiqlər dedilər ki, tarixin təhrifi, Serj Sarkisyanın illüziyaları Azərbaycan xalqı üçün heç də təəccüblü və gözlənilməz deyil. Çünki elmi mənbələrə əhəmiyyət verməmək, mif və uydurmalara əsaslanaraq şər-böhtan atmaq ermənilərin qanında var. Əsl həqiqət isə akademik Ramiz Mehdiyevin dediyi kimi duyan, düşünən insanlara çoxdan məlumdur. R.Mehdiyev xatırladır ki, erməni müəlliflərinin iç üzünü, xarakterini, əməllərini əsl ziyalılar, o cümlədən gürcü alimi İ.Çavçavadze hələ o vaxt çox gözəl görürdü: "Dəlilləri təhrif etmək, özgəninkini mənimsəmək, abidələri saxtalaşdırmaq, özgə torpaqlarını özünə çıxmaq və s. buna bənzər "yaxşılıqlar" ermənilərin köhnə şakəridir və buna onlar yaxşı alışmışlar". Veliçko isə yazırdı ki: "Əgər erməni tarixinin üz qabığı üçün "uydurma" sözündən başqa, onun məzmununu daha dolğun ifadə edən söz axtarsaydıq, onda "xəyanət" sözünün üstündə dayanmalı olardıq." "Qabusnamə"də isə deyilir: "Yer kürəsindəki mövcud xalqlardan ermənilər ona görə fərqlənirlər ki, onların xarakterində və təbiətində murdarlıq var".
Akademik Ramiz Mehdiyevin rus və ingilis dillərində nəşr olunan fundamental əsərində onlarla, yüzlərlə digər mənbələrə istinad olunur. Akademik qətiyyətlə deyir ki, ağıllı, obyektiv ziyalılar yeri gəldikcə öz sözlərini söyləyiblər. Hazırda Ermənistan respublikasının yerləşdiyi ərazi tarixin bütün mərhələlərində Azərbaycana məxsus olmuşdur. Bu torpaqlara sahib dura biləcək yeganə xalq - onun aborigen əhalisi olan azərbaycanlılardır. Bu, heç zaman, heç cürə inkarolunmaz faktdır.
Natiqlər dedilər ki, kitabın ən mühüm məziyyətlərindən biri də budur ki, akademik, yalançı Sarkisyanın "yeni kəşfləri"ni elə onun öz soydaşlarının dəlilləri və mənbələri ilə təkzib edir. Erməni müəllifi B.İşxanyanın belə bir fikri yada salınır ki, "Dağlıq Qarabağda yaşayan ermənilərin bir hissəsi qədim albanların nəslindən olan yerli əhali, bir hissəsi isə Türkiyə və İrandan olan qaçqınlardır. Onlar üçün Azərbaycan torpağı təqiblərdən sığınacaq yerinə çevrildi".
Akademikin əsərində İrəvan xanlığında Azərbaycan toponimlərinin məqsədyönlü şəkildə dəyişdirilərək erməni adları ilə əvəz olunması məsələsi də tarixi faktlar əsasında təhlil edilmişdir. Məsələn, kitabda erməni tarixçisi Corc Burnutyanın belə bir fikri yer alır: "Bir sıra erməni mənbələri 1830-cu illərdən sonrakı statistikadan danışarkən İran hakimiyyəti dövründə Şərqi Ermənistanda ermənilərin sayını düzgün göstərmir və onların əhalinin ümumi sayının 30-50 faizini təşkil etdiklərini bildirir. Həqiqətdə isə rəsmi statistika məlumatlarına görə rus işğalından sonra ermənilər Şərqi Ermənistanda ümumi əhalinin güclə 20 faizini, müsəlmanlar isə 80 faizdən çoxunu təşkil edirdi".
Erməni alimi Zaven Korkodyan isə 1932-ci ildə nəşr etdirdiyi "Sovet Ermənistanının əhalisi 1831-1931" statistik məlumat kitabında heç bir real fakta əsaslanmadan belə yazır: "1831-ci ildə İrəvan şəhərinin 18766 nəfərindən 15992 nəfəri, 1866-cı ildə 27246 nəfərindən 23626 nəfəri, yəni 85,2 faizi erməni olmuşdur".
Yalan, ağ yalandır! Bunu ermənilərin özləri də çox gözəl bilirlər. Akademik Ramiz Mehdiyevin kitabında rus müəllifi N.Şavrovun belə bir statistik məlumatı da yer alıb: "Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən bir milyondan çoxu yerli əhali deyildir, bizim tərəfimizdən köçürülənlərdir. Onlar əsasən ermənilərin sayının çox cüzi olduğu Yelizavetpol və İrəvan quberniyalarının münbit torpaqlarında yerləşdirilirdi. Bu ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsində (Dağlıq Qarabağ) və Göycə gölünün sahillərində məskunlaşdırılmışdılar".
Kitabda qaldırılan məsələlərlə əlaqədar olaraq elmi-praktik konfransın iştirakçıları digər incə məsələlərə də toxundular. Ermənilər işğal etdikləri ərazilərdə nəinki dağıntı işləri aparır, hətta bu tarixi Azərbaycan torpaqlarını müxtəlif terror təşkilatlarının siyasi sığınacaq yerinə çevirirlər. İşğal olunmuş Azərbaycan ərazilərində terror təşkilatlarının fəaliyyət göstərməsi problemi dünya ictimaiyyətini dərindən narahat etməlidir.
Elmi-praktiki konfransın yekdil rəyi bu oldu ki, akademikin kitabında şərh olunan müddəalar, alınan praktik nəticələr bütün əhali, eləcə də böyük tarix üçün çox dəyərlidir. Həmin materiallardan ali və orta ixtisas məktəblərində Azərbaycan tarixi, politologiya, hüquq, beynəlxalq münasibətlər və başqa humanitar fənlər üzrə mühazirələrdə, ixtisas kurslarında geniş istifadə olunmalıdır. Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" adlı əsəri tarixi saxtalaşdırmaq istəyənlərə tutarlı elmi cavabdır. Buradakı hər bir müddəa dərindən öyrənilməli və geniş təbliğ olunmalıdır.
Elmi-praktik konfransın iştirakçıları BMT-nin Azərbaycandakı nümayəndəliyinə və Fransanın Azərbaycandakı səfirliyinə müraciət qəbul edərək bütün millətlərin tarixinə obyektiv və həssaslıqla yanaşmalarının vacibliyini vurğuladılar.
Əhməd İSAYEV
Azərbaycan.- 2011.-26 aprel.- S. 7.