Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadəni qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da İran İslam Respublikası Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadəni qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlər, Xəzər dənizinin hüquqi statusunun hazırlanması istiqamətində aparılan danışıqların vəziyyəti müzakirə edilmiş, bu baxımdan Xəzəryanı ölkələrin dövlət başçılarının Bakı sammitinin önəmi vurğulanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-27 aprel.- S. 5.