A.M.Məmmədovun
Biləsuvar Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən
azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 124-cü maddəsinin II hissəsini
rəhbər tutaraq qərara alıram:
Adil Məcnun oğlu Məmmədov Biləsuvar
Rayonu İcra Hakimiyyətinin başçısı
vəzifəsindən azad
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
26 aprel 2011-ci il
Azərbaycan.- 2011.- 27 aprel.- S.
5.