İşçi qrupunun iclası başlanmışdır

 

Aprelin 26-da Bakıda Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə işçi qrupunun ikigünlük iclası öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzəryanı ölkələrin rəhbərlərinin Bakı sammitindən sonra işçi qrupunun bir sıra görüşlər keçirdiyini həmin görüşlərin indiki iclasın təşkilinə töhfə verdiyini vurğulamışdır.

Nazir müavini Bakıda imzalanmış "Xəzər dənizində təhlükəsiz əməkdaşlıq haqqında" Sazişdən söz açmışdır. Bildirmişdir ki, bu sənəd Xəzəryanı ölkələr arasında sərhəd gömrük xidmətlərinin əməkdaşlığına təkan vermişdir. Xəzəryanı ölkələr arasında yüksək səviyyəli əməkdaşlıq ruhu mövcuddur ki, bu da region xalqlarının rifahı naminə ciddi layihələrin həyata keçirilməsinə şərait yaradır.

X.Xələfov iclas barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, iclasda Konvensiya üzrə mövqelərin razılaşdırılmasına dair işlər davam etdiriləcək Bakı sammiti zamanı qəbul edilən protokol qərarlar müzakirə olunacaqdır.

İclasda İranın Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə, Rusiyanın Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair xüsusi işçi qrupunun nümayəndəsi Aleksandr Qolovin, Türkmənistanın Xəzər üzrə xüsusi nümayəndəsi Murat Atacanov, Qazaxıstan xarici işlər nazirinin müavini Kayrat Sarıbay məruzələrlə çıxış etmiş Xəzər dənizində nərə balıqlarının ovlanmasında moratoriya-qadağa qoyulmasını müzakirə etmişlər.

Nümayəndə heyətlərinin rəhbərləri müzakirələrin tərəflərin birgə səyi nəticəsində iştirakçılar arasında anlaşmaların daha da sıx olmasına imkan yaradacağını bildirmişlər.

Tərəflər, həmçinin Xəzəryanı ölkə başçılarının Moskvada keçiriləcək növbəti sammitinə qədər əhəmiyyətli sənəd layihələrinin hazırlanmasının vacibliyini qeyd etmişlər. Bundan əlavə, tərəflər Xəzərin bioresurslarından səmərəli istifadə, onların qorunması artırılması haqqında sazişin əhəmiyyətini vurğulamış, Xəzəryanı ölkələrin bu istiqamətdə səylərinin gücləndirilməsinə çağırmışlar.

 

 

Azərbaycan.- 2011.-27 aprel.- S. 6.