Azərbaycan Prezidenti İlham Əliyev
şəhərətrafı qəsəbələrin
sosial-iqtisadi inkişafı ilə bağlı Sabunçu qəsəbəsində
görülən işlərlə tanış olmuşdur
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr edilmiş müşavirədə kənd və qəsəbələrdə abadlıq və quruculuq işləri ilə bağlı verdiyi tapşırıqların icrası ilə tanış olmaq üçün ayrı-ayrı yaşayış sahələrində olmuşdur.
Aprelin 27-də dövlətimizin başçısı həyata keçirilən abadlıq və quruculuq işləri ilə yaxından tanış olmaq üçün Sabunçu qəsəbəsinə gəldi.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qəsəbənin sxemi əsasında görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.
Azərbaycan Prezidenti Sabunçu vağzalının ətrafında əvvəlki vəziyyəti əks etdirən fotostendə də baxdı. Bildirildi ki, Sabunçu vağzalının ətrafındakı ərazidə kanalizasiya, su və rabitə xətləri yeniləri ilə əvəz edilmişdir. 28 min kvadratmetr sahəsi olan Əslidar Məmmədəliyev küçəsinə ikiqat asfalt və 950 metr uzunluğunda səkiyə qranit plitə döşənib. Səkilərdə 1700 kvadratmetr sahədə asfalt işləri görülüb. Əlavə olaraq 22 min kvadratmetr sahəsi olan qəsəbədaxili küçələrə asfalt döşəmək üçün hazırlıq işləri aparılır. Sabunçu vağzalının binasında yenidənqurma işləri başa çatdırılıbdır.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşdü.
Qəsəbə sakinləri Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.
SAKİN:
Hörmətli Prezidentimiz, xoş gəlmisiniz! Sizin son vaxtlar verdiyiniz sərəncamlar
hamımızın ürəyincədir. Sizi həmişə
dəstəkləmişik, yenə də dəstəkləyəcəyik.
Çox sağ olun!
Prezident İlham ƏLİYEV:
Sağ olun. Bu sərəncamlar icra olunur. İndi bütün qəsəbələrdə
yaxşı işlər gedir, yollar çəkilir, o cümlədən
Sabunçu qəsəbəsində də bu işlər
başlanmışdır. Bütün qəsəbələrin
sosial-iqtisadi problemləri öz həllini tapmaqdadır. Bir neçə gündən sonra xüsusi,
böyük Dövlət Proqramı qəbul olunacaqdır.
Proqramda bütün məsələlər
öz əksini tapacaqdır. Mən bilirəm
ki, Sabunçu qəsəbəsinin də problemləri var. Biz
bu problemləri bilirik və həll etməyə
çalışırıq. İlk
növbədə, burada yolların çəkilişi öz
həllini tapmalıdır. Ondan sonra
kanalizasiya xətləri çəkilməlidir. Ümumiyyətlə Sabunçu qəsəbəsində
və digər qəsəbələrdə kanalizasiya xətləri
olmayıb. Bu, ən böyük problemdir.
Biz bu problemin həlli üçün
çalışırıq. Bütün
qəsəbələrdə su problemləri var. O da ciddi
problemdir. Elektrik enerjisi, qaz problemləri tədricən
öz həllini tapır. Ancaq biz bunu daha
da böyük həcmdə etməliyik.
Proqramda Sabunçu qəsəbəsində
yerləşən uşaq bağçalarının, məktəblərin
təmiri nəzərdə tutulur. Çox
geniş bir proqramdır. Əminəm ki,
siz - Sabunçu qəsəbəsinin sakinləri bu
proqramın icrasını hiss edəcəksiniz. Bir neçə vacib məsələ qoyulubdur
qarşımızda. Əlbəttə ki,
Bakıətrafı qəsəbələrin inkişafı
onların içərisində prioritet məsələdir.
Mən indi qəsəbələrdə oluram, vəziyyətlə
SAKİN: Cənab Prezident, əvvəla,
Sabunçu qəsəbəsinə xoş gəlmisiniz. Bütün bu işlər Sizin sayənizdə
görülmüşdür, hamının xoşuna gəlir,
hamı bəyənir, hamı alqışlayır,
hamımız alqışlayırıq.
Sabunçu qəsəbəsində
hamının bildiyi kimi, 31 minə yaxın əhali
yaşayır.
O cümlədən bu 31 minin içərisində 5 minə
yaxın məcburi köçkün də vardır. Sabunçu qəsəbəsi qədim tarixə
malikdir. Biz həmişə Sizin Bakıda,
Bakıətrafı kəndlərdə əhali ilə
görüşlərinizə baxırıq. And olsun Allaha, heyran oluruq. Sizin
verdiyiniz qərarlar, tapşırıqlar sayəsində
gözəl işlər görülür. Bu, çox böyük bir işdir. Ancaq hər yerdə müəyyən problemlər
olduğu kimi, Sabunçu qəsəbəsində də bəzi
problemlər vardır. Bu problemlərdən
biri bizim qəsəbədə yerləşən poliklinikalar
məsələsidir. Qəsəbədə
həm böyüklər, həm də uşaqlar
üçün poliklinika var. Böyüklər
üçün poliklinika 1898-ci ildə tikilib istifadəyə
verilmiş bir binada yerləşir. Uşaq
poliklinikasının yerləşdiyi bina isə 1925-ci ildə
tikilmişdir. Bu poliklinikanın hər
ikisi bir-birinə yaxın yerdə yerləşir. İkisi də günün tələblərinə
cavab vermir. Sabunçuda yaşayan
bütün əhali bu poliklinikalara müraciət edir. Bütün sakinlər adından Sizdən xahiş
edirəm qəsəbəmizdə hər iki poliklinikanın
yerləşəcəyi yeni bir binanın tikilməsinə sərəncam
verəsiniz. Bu bizə ən yaxşı
töhfə olardı.
Prezident İlham ƏLİYEV:
Yaxşı, biz bunu təşkil edərik. Doğrudan
da buna böyük ehtiyac vardır. İndi
ölkəmizin bütün yerlərində müasir tibb
ocaqları yaradılır. Əlbəttə,
Bakıda və Bakı qəsəbələrində də bu
işlər lazımi səviyyədə
aparılmalıdır. Burada bu məsələlər
müasir səviyyədə öz həllini tapmalıdır.
Çünki bu tibb ocaqları köhnəlibdir,
avadanlıq da sıradan çıxıbdır. Şərait də o qədər yaxşı deyildir.
SAKİN: Tamam yaxşı vəziyyətdə
deyildir. Qəsəbəmizdə yeni poliklinika
binasının tikilməsi üçün sərəncam
versəniz, çox yaxşı olar. Biz
hamımız Sizi həmişə
alqışlamışıq, alqışlayırıq və
ömrümüzün axırına qədər
alqışlayacağıq. Çünki bütün bu
işlər Sizin
tapşırığınızla həll olunur. Baxdıqca heyran oluruq. Sizin qəsəbələrə
gəlişinizdən, Sizinlə belə görüşlərdən
daha da ruhlanırıq.
Prezident İlham ƏLİYEV:
Bu, hələ birinci mərhələdir. Bu əsas
yollar təmir olunacaq, uşaq bağçaları, məktəblər,
tibb məntəqələri tikiləcək, kanalizasiya, su xətləri
çəkiləcək. Biz bu işlərə
kompleks şəkildə yanaşırıq ki, 2013-cü ilin
sonuna qədər əsas məsələlər öz həllini
tapsın. Proqramı da biz məhz
2011-2013-cü illər üçün nəzərdə
tutmuşuq. 2011-ci ilin ilk dörd
ayının artıq başa çatmasına baxmayaraq, qalan
aylar ərzində çox ciddi işlər
başlanacaqdır. Sabunçu qəsəbəsinin
dediyiniz kimi, çox böyük tarixi vardır, qədim
yaşayış məntəqəsidir. Ona
görə biz gərək bu tarixi qəsəbəni gözəlləşdirək,
abadlaşdıraq. Burada yaşamaq, işləmək
üçün şərait yaxşı olmalıdır,
iş yerlərinin yaradılması üçün tədbirlər
görülməlidir. Hər şey bu yol kimi
yüksək səviyyədə, müasir səviyyədə
olmalıdır. Bütün başqa yollar
da bu yol səviyyəsində olmalıdır.
SAKİN: Sizə çox təşəkkür
edirik ki, bizim Sabunçu rayonuna gəlmisiniz, buraya gəlməyi
lazım bilmisiniz. Mən bu rayonda
doğulmuşam, burada böyümüşəm. Bizim rayon çoxmillətlidir. Burada
31 min sakin dinc və mehriban yaşayır. Gördüyünüz
işlərin hamısına görə Sizə təşəkkür
edirik. Demək istədiyimiz bütün
problemləri artıq Siz özünüz dediniz. Biz bilirik və ümid edirik ki, onlar qısa müddətdə
həll ediləcəkdir. Lakin mənim
çox kiçik bir xahişim var. Bu yaxınlarda Siz
Bülbülə qəsəbəsində oldunuz, orada yol
problemi vardı və Siz həmin problemi qısa müddətdə
həll etdiniz.
Prezident İlham ƏLİYEV:
Düzdür, həll etdik.
SAKİN: Bizdə də eyni
problem vardır. Bizim Sabunçu qəsəbəsindən
aeroporta getməyə imkanımız yoxdur. Elə Bakıxanov qəsəbəsinə də.
Biz avtobusa minib Maştağa tərəfə
getməli, sonra oradan mərkəzi yola qayıtmalı və
Bakıxanov qəsəbəsinə gəlməli oluruq,
çünki bizim bütün inzibati mərkəzlərimiz
orada yerləşir. Məhz Bakıxanov qəsəbəsinə
tez gedib çatmağa imkan yoxdur. Bu
problemi qısa müddətdə həll etmək olar,
çünki bizdə birtərəfli bir yol vardır, onu
imkan daxilində genişləndirmək mümkündür.
Prezident İlham ƏLİYEV:
Belə məsələləri, ümumiyyətlə, qısa
müddətdə həll etmək olar. Bülbülədə
bu işi, sözün həqiqi mənasında, bir həftəyə
gördük.
SAKİN: Özü də
çox gözəl yerinə yetirilmişdir.
Prezident İlham ƏLİYEV:
Həm də rahat olmuşdur. Biz yollar,
böyük trasslar tikirik.
SAKİN: Ümumiyyətlə,
bizim Bakı şəhəri çox gözəlləşib.
Prezident İlham ƏLİYEV:
Əlbəttə, lakin elə etməliyik ki, qəsəbələrə
gediş-gəliş də rahat olsun.
SAKİN: Çox sağ olun!
Prezident İlham ƏLİYEV:
Yaxşı ki, siz bu məsələni qaldırdınız.
SAKİN: Gəlişinizə
görə Sizə təşəkkür edirik! Sizə cansağlığı, xoşbəxtlik diləyir,
ən xoş arzularımızı bildiririk. Ailəniz xoşbəxt olsun.
Prezident İlham ƏLİYEV:
Sağ olun. Mən də sizə uğurlar
arzulayıram.
SAKİN: Biz həmişə
Sizinləyik! Allah Sizi qorusun! Sizə yalnız xoş günlər
arzulayırıq! Çox sağ olun!
Prezident İlham ƏLİYEV:
Sağ olun. Dediyiniz kimi, Sabunçu rayonunda
bütün millətlərin nümayəndələri tarix
boyu bir ailə kimi yaşayırlar. Bu,
ölkəmizin xüsusiyyətidir. Biz bu vəziyyəti
çox qiymətləndiririk, dəyərləndiririk. Bundan sonra da Azərbaycanda bütün xalqların
nümayəndələri bir ailə kimi mehriban qonşuluq
şəraitində yaşayacaqlar. Əlbəttə,
hər bir qəsəbənin inkişafı çox
böyük əhəmiyyətə malikdir. Çünki Bakıətrafı qəsəbələrdə
800 mindən artıq əhali yaşayır. Sabunçu qəsəbəsində 30 min, amma
Sabunçu rayonunda isə 200 mindən artıq əhali
vardır.
* * *
Sonra qəsəbə
sakinləri Prezident İlham Əliyev ilə xatirə şəkli
çəkdirdilər.
* * *
Qəsəbə sakinləri
ilə görüşdən sonra Azərbaycan Prezidenti
İlham Əliyev Sabunçudan Bakıxanov qəsəbəsinə
və Heydər Əliyev prospektinə Aeroport istiqamətində
nəqliyyatın çıxışını təmin etmək
üçün çəkiləcək yeni yolun keçəcəyi
ərazi ilə
AzərTAc
Azərbaycan.- 2011.-28 aprel.- S. 1.