Oqtay Əsədov:
TürkPA-nın yaradılması
müasir dünyanın
çağırışları qarşısında xalqlarımızın
qüvvələrini birləşdirmək
üçün atılan
uğurlu addım olmuşdur
Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti TürkPA-nın Astanada keçirilən ikinci plenar iclası çərçivəsində Qazaxıstan parlamenti Məclisinin rəhbəri Ural Muxamedcanov ilə görüşmüşdür.
U.Muxamedcanov qonaqları salamlayaraq bildirmişdir ki, Prezident Nursultan Nazarbayevin Azərbaycana, Prezident İlham Əliyevin isə Qazaxıstana qarşılıqlı səfərləri ölkələrimiz arasında münasibətlərin daha da inkişafına təkan vermişdir. Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşləri zamanı əldə edilmiş razılaşmalar parlamentlərarası əlaqələrin inkişafına zəmin yaratmışdır. Naxçıvanda keçirilmiş zirvə görüşündə qəbul olunmuş mühüm qərarlar əlaqələrin möhkəmlənməsində mühüm mərhələ olmuşdur.
Qazaxıstan parlamenti Məclisinin rəhbəri demişdir ki, TürkPA-nın, Astanada Türk Akademiyasının yaradılması ilə əlaqədar məhz Naxçıvan zirvə görüşündə qərarlar qəbul edilmişdir.
O.Əsədov vurğulamışdır ki, TürkPA-nın Astanada keçiriləcək toplantısında aparılacaq fikir mübadiləsi, qəbul olunacaq qərarlar təşkilatın müasir tələblərə uyğun fəaliyyət göstərməsinə töhfəsini verəcəkdir.
Milli Məclisin Sədri demişdir: "Hesab edirəm ki, TürkPA-nın yaradılması müasir
dünyanın çağırışları
qarşısında xalqlarımızın
qüvvələrini birləşdirmək
üçün atılan
uğurlu addım olmuşdur. Bu baxımdan 2009-cu ilin sentyabrında TürkPA-nın
Bakıda keçirilmiş
ilk plenar iclası böyük əhəmiyyət kəsb
edir. Həmin iclasda qəbul edilmiş qərarlar təşkilatın güclənməsi
və inkişaf etməsi üçün
möhkəm təməl
yaratmışdır. Bakıda
Assambleyanın katibliyinin
fəaliyyətə başlaması
isə TürkPA-nın
fəaliyyətinə dinamizm
gətirmişdir".
O.Əsədov əmin olduğunu bildirmişdir ki, qısa müddətdən
sonra TürkPA dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları sırasına
daxil olacaqdır.
Azərbaycan.- 2011.-28 aprel.- S. 2.