Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov Qazaxıstan parlamenti Senatının sədri Kayrat Mami ilə
görüşmüşdür
Astanada keçiriləcək
TürkPA-nın ikinci
plenar iclası çərçivəsində Qazaxıstan parlamenti Senatının sədri Kayrat Mami Azərbaycan
Milli Məclisinin Sədri Oqtay Əsədovun rəhbərliyi
ilə nümayəndə
heyəti ilə görüşmüşdür.
Kayrat Mami Azərbaycan
nümayəndə heyətini
salamlayaraq əmin olduğunu bildirmişdir ki, TürkPA-nın Astanada keçiriləcək
ikinci plenar iclasında bu quruma sədrlik Azərbaycandan Qazaxıstana
keçəcəkdir.
Oqtay Əsədov Qazaxıstan parlamenti Senatının sədri seçilməyi münasibətilə
Kayrat Mamini təbrik etmiş, bu məsul işdə
ona uğurlar arzulamışdır. Milli
Məclisin Sədri əmin olduğunu bildirmişdir ki, Astanada keçiriləcək
ikinci plenar iclasın nəticələri
ölkələrimizin parlamentlərarası
əməkdaşlığını yüksək səviyyəyə
qaldıracaqdır.
Oqtay Əsədov demişdir: "İkitərəfli
əlaqələrimizin dinamik
inkişafı üçün
ortaq dəyərlərimiz
vardır. Bunlar bizim ortaq köklərimiz,
ümumi dilimiz və tariximizdir. Qeyd etmək xoşdur ki, bu gün Azərbaycan
Prezidenti İlham Əliyevin və Qazaxıstanın dövlət
başçısı Nursultan
Nazarbayevin səyləri
nəticəsində ölkələrimiz
arasında münasibətlər
çox yüksək
səviyyədədir".
Milli Məclis Sədri demişdir ki, TürkPA çərçivəsində əlaqələrimiz səmərəli
inkişaf edir, bu, dövlətlərimizin
və xalqlarımızın
daha da yaxınlaşmasına
kömək göstərir.
O.Əsədov qeyd etmişdir ki, TürkPA parlamentlərarası
əməkdaşlığın dərinləşdirilməsi, xalqlarımız
üçün ümumi
olan problemlərin açıq müzakirə
edilməsi üçün
əlverişli siyasi dialoq forumu rolunu
oynayır.
Görüşdə Azərbaycanın
Qazaxıstandakı səfiri
Zakir Həşimov iştirak etmişdir.
Azərbaycan.- 2011.-28 aprel.- S. 2.