Azərbaycan Milli Məclisinin Sədri Türkiyə və Qırğızıstan parlamentlərinin
rəhbərləri ilə
görüşmüşdür
Aprelin 27-də Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov Astanada keçirilən TürkPA-nın ikinci plenar iclası çərçivəsində Türkiyə Böyük Millət Məclisinin rəhbəri Mehmet Əli Şahinlə görüşmüşdür.
Oqtay Əsədov türkiyəli həmkarı ilə görüşündən məmnun olduğunu bildirmiş, Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilmişdir.
Görüşdə qardaş ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi, TürkPA çərçivəsində fəaliyyətin genişləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabag münaqişəsinin sülh yolu ilə həllində ölkəmizin təşəbbüsləri və digər məsələlər müzakirə edilmişdir.
TürkPA Katibliyinin xətti ilə ötən ilin may ayında Türkiyə Böyük
Millət Məclisinin
90 illiyi münasibətilə
Bakıda konfrans keçirilməsi də təqdir olunmuşdur.
***
Həmin gün Azərbaycan
Milli Məclisinin Sədri Oqtay Əsədov
Qırğızıstan parlamenti-Joqorku Keneşin sədri
Axmatbek Keldibekovla da görüşmüşdür.
Görüşdə
ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq
məsələləri, parlamentlərin əlaqələrinin
genişləndirilməsi, qarşılıqlı səfərlərin
müntəzəm xarakter alması və digər məsələlər
müzakirə olunmuşdur.
Oqtay Əsədov Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat
vermiş, Ermənistanın qeyri-konstruktiv mövqe tutması
ucbatından problemin həllinin uzandığını diqqətə
çatdırmışdır.
Axmatbek Keldibekov Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində
Azərbaycanın ədalətli mövqeyini müdafiə
etdiklərini bildirmişdir.
Görüşlərdə
ölkəmizin Qazaxıstandakı səfiri Zakir Həşimov
iştirak etmişdir.
Qulu Kəngərli,
AzərTAc-ın xüsusi müxbiri
Astana
Azərbaycan.- 2011.-28 aprel.- S. 2.