Azərbaycan Milli Elmlər Akademiyasının
tabeliyində olan, dövlət büdcəsindən
maliyyələşdirilən elm və elmi
tədqiqat müəssisələrində
çalışan işçilərin
əməkhaqlarının artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyası sistemində çalışan
işçilərin sosial
müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını
artırmaq məqsədi
ilə qərara alıram:
1. Azərbaycan
Milli Elmlər Akademiyasının tabeliyində
olan, dövlət büdcəsindən maliyyələşdirilən
elm və elmi tədqiqat müəssisələrində
çalışan işçilərin
Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş
aylıq vəzifə
(tarif) maaşları
2011-ci il mayın 1-dən orta hesabla 20 faiz artırılsın.
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
27 aprel 2011-ci il
Azərbaycan.- 2011.- 28 aprel.- S. 2.