"Azərbaycan
Milli Elmlər Akademiyası işçilərinin
əməkhaqlarının artırılması haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 1 iyul tarixli 967 nömrəli Sərəncamında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan
Milli Elmlər Akademiyası işçilərinin
əməkhaqlarının artırılması haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 1 iyul tarixli 967 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002-ci il, ¹7, maddə
414; 2004-cü il, ¹ 10, maddə
829; 2005-ci il, ¹3, maddə
209; 2007-ci il, ¹4, maddə 352) 2-ci hissəsi
aşağıdakı redaksiyada verilsin:
"2. Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi
üzvlərinin aylıq
rütbə maaşları
1200 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 850 manat məbləğində müəyyən
edilsin.".
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
3. Bu sərəncam
2011-ci il mayın 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
27 aprel 2011-ci il
Azərbaycan.- 2011.-28 aprel.- S. 2.