Azərbaycan ilə Küveyt arasında münasibətlər yüksək səviyyədə inkişaf edir

 

Azərbaycanın Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, aprelin 27-də nazir Elmar Məmmədyarov Küveyt Diplomatik Akademiyasının rəhbəri, səfir Əbdüləziz Əl-Şareh ilə görüşmüşdür.

Görüşdə Ə.Əl-Şareh ölkəmizə səfərindən məmnunluğunu qeyd etmişdir. Qonaq Azərbaycan Diplomatik Akademiyasının təsis edilməsini onun fəaliyyətini yüksək qiymətləndirmişdir.

E.Məmmədyarov Azərbaycan ilə Küveyt arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini demişdir. Nazir təhsilə qoyulan sərmayənin ən mühüm yatırım olduğunu vurğulamışdır.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli regional məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.-28aprel.- S.7.