Bakıda miqrasiya proseslərinin tənzimlənməsi
istiqamətində həmkarlar
ittifaqlarının rolu
müzakirə edilir
AzərTAc xəbər verir ki, aprelin 27-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) təşkilatçılığı, Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının
dəstəyi ilə
"Miqrasiya problemləri
və çağırışlar:
həmkarlar ittifaqlarının
rolu" mövzusunda beynəlxalq konfrans öz işinə başlamışdır.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirmişdir ki, ikigünlük konfransın
məqsədi miqrasiya
proseslərinin tənzimlənməsi
istiqamətində həmkarlar
ittifaqlarının rolunu
müzakirə etmək,
miqrantların əmək
şəraitinin yaxşılaşdırılması,
onların hüquqlarının
təmin edilməsi mexanizmləri ətrafında fikir mübadiləsi aparmaqdır.
Xarici ölkələrdə çalışan
azərbaycanlı miqrantların
məsələsinə də
toxunan S.Möhbalıyev
vurğulamışdır ki,
hazırda onların
83 faizi Rusiyada, 5 faizi Ukraynada, qalanları isə Qazaxıstan, Belarus, Gürcüstan və digər ölkələrdə
fəaliyyət göstərirlər.
AHİK-in əsas məqsədi azərbaycanlı
miqrantların çoxluq
təşkil etdiyi ölkələrin həmkarlar
ittifaqları ilə əlaqələr qurmaq, miqrantlarımızın əmək
və sosial hüquqlarının təminatı
ilə bağlı razılıq əldə etməkdir. Bu məqsədlə konfrans çərçivəsində AHİK ilə Rusiya Azad Həmkarlar İttifaqları Federasiyası
arasında əməkdaşlıq
haqqında müqavilə
də imzalanmışdır.
AHİK sədri demişdir
ki, bu yaxınlarda
oxşar razılaşma
Rusiyanın Sverdlovsk Vilayət Həmkarlar İttifaqı Təşkilatı
ilə də əldə edilmişdir. Bu vilayətdə 34 minədək azərbaycanlı
çalışır və
onlar öz həmkarlar ittifaqı təşkilatlarını yaratmaq
üçün vilayətin
dövlət strukturları
və Azərbaycan diasporu ilə məsləhətləşmələr aparırlar. AHİK-in sədri gələcəkdə
azərbaycanlıların çoxluq
təşkil etdiyi Rusiyanın Kurqan və Tümen vilayətlərinin həmkarlar
ittifaqı təşkilatları
ilə də əməkdaşlığın qurulacağını bildirmişdir.
Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev son illər respublikamızın sürətli
inkişafından danışaraq
bildirmişdir ki, ölkədəki sabit iqtisadi inkişaf xarici dövlətlərdən
əməkçi miqrantların
Azərbaycana axınına
səbəb olmuşdur. Cari il
aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanda 452 min 475 miqrant
vardır. Onlardan 25 faizini əmək fəaliyyəti ilə məşğul olanlar, 20
faizini əyani təhsil alanlar, 18 faizini isə Azərbaycan Respublikasının
vətəndaşları ilə
yaxın qohumluq münasibətində olanlar
təşkil edir.
Konfransda, həmçinin
Azərbaycan Respublikası
Sahibkarlar (işəgötürənlər)
Təşkilatlarının Milli Konfederasiyasının
baş katibi Məmmədəli Əliyev,
Beynəlxalq Həmkarlar
İttifaqları Konfederasiyasının
rəsmisi Stefan Benedikt,
Beynəlxalq Əmək
Təşkilatının əməkçilərin
işi üzrə baş mütəxəssis
Sergeyus Qlovaskas təmsil etdikləri qurumların əmək miqrantlarının sosial-iqtisadi
hüquqlarının qorunması,
insan alveri ilə mübarizə istiqamətində regional təşkilatlarla
əməkdaşlığından danışmışlar.
Bildirilmişdir ki, bu konfrans
əmək miqrantlarının
sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində işlərin
intensivləşməsinə böyük töhfə verəcəkdir.
Beynəlxalq konfransda Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan,
Azərbaycan.- 2011.- 28 aprel.- S. 8.