AHİK-in təşkilatçılığı ilə beynəlxalq konfransın iştirakçıları Heydər Əliyevin məzarını ziyarət etmişlər

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə Bakıda keçirilən "Miqrasiya problemləri çağırışlar: Həmkarlar ittifaqlarının rolu" mövzusunda beynəlxalq konfransın iştirakçıları aprelin 27-də Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzülmüşdür.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 28 aprel.- S. 8.