Robert Dadli: ARDNŞ ilə bp arasında əməkdaşlıq ruhu həmişə yüksək olmuşdur

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, aprelin 27-də qurumun prezidenti Rövnəq Abdullayev bp şirkətinin icraçı direktoru Robert Dadlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə R.Abdullayev bp şirkətinin ARDNŞ ilə "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" yataqlarının işlənilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası istismarı layihələrinin həyata keçirilməsində uzun müddətdən bəri davam edən səmərəli əməkdaşlıq münasibətlərindən danışmışdır. O, bu münasibətləri yüksək qiymətləndirərək qeyd etmişdir ki, hazırda bu layihələr, habelə "Şəfəq-Asiman" dəniz blokunun kəşfiyyatı üzrə işlər planauyğun şəkildə davam edir.

R.Dadli bildirmişdir ki, iki şirkət arasında əməkdaşlıq ruhu həmişə yüksək olmuşdur qarşıdakı müddətdə bunun belə olacağına şübhə yoxdur. Görüşdə "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsinə hazırlıq məsələləri, gözlənilən perspektivlər, Azərbaycan qazının Avropaya nəql edilməsi, həmçinin Azərbaycanda qonşu ölkələrdə həyata keçirilən layihələrdə ARDNŞ ilə bp-nin əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparılmışdır. Qonaqlara ARDNŞ-in qarşıdakı dövr üçün həyata keçirməyi planlaşdırdığı layihələr haqqında məlumat verilmişdir.

Daha sonra "Şəfəq-Asiman" layihəsinə toxunan R.Abdullayev diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikası Milli Məclisinin təbii ehtiyatlar, energetika ekologiya komitəsinin son iclasında bu layihə müzakirə olunaraq bəyənilmiş parlamentin ümumi iclasında baxılmağa tövsiyə olunmuşdur. Milli Məclisin "Xəzər dənizinin Azərbaycan sektorunda "Şəfəq-Asiman" dəniz blokunun kəşfiyyatı, işlənməsi hasilatın pay bölgüsü haqqında" imzalanmış saziş layihəsini tezliklə ratifikasiya edəcəyinə əminliyini bildirən ARDNŞ prezidenti bu sahədə işlərin qrafikə uyğun getdiyini vurğulamışdır.

Danışıqlarda tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.-28 aprel.- S. 8.