"Vətəndaş cəmiyyətinin formalaşmasında medianın rolu" mövzusunda konfrans keçirilmişdir

 

AzərTAc xəbər verir ki, aprelin 27-də Suraxanı Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) rayon icra hakimiyyətinin təşkilatçılığı ilə "Vətəndaş cəmiyyətinin formalaşmasında medianın rolu" mövzusunda konfrans keçirilmişdir.

Konfransın işində ölkədə fəaliyyət göstərən 20-dək kütləvi informasiya vasitəsinin təmsilçiləri rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbirin iştirakçıları əvvəlcə mərkəzin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Qonaqlara mərkəz haqqında ətraflı məlumat verilmişdir.

Konfransı giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, Heydər Əliyev Mərkəzi iki il əvvəl fəaliyyətə başlamış, onun açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edərək burada yaradılımış şəraiti yüksək qiymətləndirmişdir.

İcra başçısı bildirmişdir ki, yarandığı gündən bu vaxta qədər 37 min 500 nəfər ulu öndər Heydər Əliyevin böyük dövlətçilik fəaliyyətini əvəzolunmaz irsini öyrənmək üçün bu mərkəzə müraciət etmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli konfransın həsr edildiyi mövzunun mühüm əhəmiyyətə malik olduğunu vurğulamışdır.

Rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələr barədə tədbir iştirakçılarına məlumat verən V.Səfərli bildirmişdir ki, 2009-cu ildə Prezidentin müvafiq sərəncamı ilə yaradılan KİVDDF ölkə mətbuatının inkişafı ilə bağlı çoxsaylı tədbirlər keçirmiş, mətbuata yardımlar ayırmışdır. Hazırda Azərbaycanda 4000-dən çox KİV-in dövlət qeydiyyatından keçdiyi, lakin onlardan yalnız 300-ə yaxınının mütəmadi fəaliyyət göstərdiyi qeyd edilmişdir. Müstəqillik illərində müxtəlif qəzetlər yaransa da, onların bir çoxu rəqabətə davam gətirməmiş, fəaliyyətini dayandırmışdır. Həmin proses bu gün davam edir. Azərbaycan dövləti ölkədə müstəqil medianın inkişafına böyük dəstək verir.

Tədbirdə çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu müasir dünyada mətbuatın cəmiyyətin inkişafında rolu barədə məruzə ilə çıxış etmişdir. Ümummilli lider Heydər Əliyevin medianın dövlətin cəmiyyətin idarə olunmasında rolunu yaxşı bildiyi, bu istiqamətdə KİV-lərin imkanlarından geniş istifadə etdiyi vurğulanmışdır.

Azərbaycanda müstəqil mətbuatın formalaşması istiqamətində görülmüş işləri xatırladan "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Mətbuat Şurasının "reket" jurnalistika ilə apardığı mübarizə metodlarından danışmışdır. V.Rəhimzadə qeyd etmişdir ki, bu sahədə qanunvericiliyin sadələşdirilməsi nəticəsində hər bir şəxs qəzet təsis etmək imkanına malikdir. İstənilən ali təhsilli şəxs jurnalist fəaliyyəti ilə məşğul ola bilər. Bu isə bəzən mənfi hallarla nəticələnir. Bəzi şəxslər qəzet təsis edərək "reket" jurnalistika ilə məşğul olmağa başlayırlar. Mətbuat Şurasının "reket" jurnalistika ilə ardıcıl mübarizə apardığı vurğulanmışdır.

Tədbirdə çıxış edən "Olimpiya dünyası" "Paralel" qəzetlərinin baş redaktorları da mövzu ilə bağlı fikirlərini bölüşmüşlər.

Daha sonra tədbir qarşılıqlı fikir mübadiləsi formasında davam etmiş, redaktorlar ictimaiyyət nümayəndələrinin suallarını cavablandırmışlar. Xarici ölkələrdə təhsil alan suraxanılı gənclər internet vasitəsilə konfransa qatılmış, mövzu ilə bağlı fikirlərini bildirmişlər.

 

 

Azərbaycan.- 2011.-28 aprel.- S. 11.