Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü

 

Aprelin 28-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.

Dövlət başçıları yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd etdilər.

Prezidentlər ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, humanitar digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu bildirdilər, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə etdilər.

Görüşdə ikitərəfli, regional beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-29 aprel.- S. 1.