Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Ukrayna Prezidenti Viktor Yanukoviç aprelin 28-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə gül dəstələri qoyulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-29 aprel.- S., 4.