Şəhidlərin xatirəsinə ehtiram

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Ukrayna Prezidenti Viktor Yanukoviç aprelin 28-də Şəhidlər xiyabanını ziyarət etmişdir.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Ukrayna Prezidenti Viktor Yanukoviç nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər.

Ukrayna Prezidenti "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Ukraynanın Azərbaycanın dövlət himnləri səsləndi.

Ali qonağa Şəhidlər xiyabanının tarixi paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Prezident Viktor Yanukoviç Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-29 aprel.- S. 4.