Səfər başa çatdı
Ukrayna Prezidenti Viktor Yanukoviçin Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatmışdır.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Ukrayna Prezidenti Viktor Yanukoviçi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.
AzərTAc
Azərbaycan.- 2011.-29 aprel.- S. 4.