Kürdəmirdə akademik Zərifə xanım Əliyevanın doğum günü qeyd olunmuşdur

 

Gözün histomikroskopik, histokimyəvi araşdırmaları, klinik-diaqnostik istiqamətdə apardığı genişmiqyaslı tədqiqatlar, gözün müxtəlif mənşəli xəstəliklərinə dair qiymətli monoqrafiya, peşə oftalmologiyası, sənaye zəhərlərinin görmə orqanlarına təsiri böyük alimə dünya şöhrəti beynəlxalq mükafatlar qazandırdığı bir zamanda onun coşub-cağlayan fitri istedadı daha yeni ideyalarla zənginləşirdi. Təsadüfi deyildir ki, akademik Zərifə xanım Əliyeva görmə orqanı vasitəsilə müxtəlif xəstəliklərə diaqnoz qoyulmasını - iridodiaqnostikanı klinikaya gətirməklə təbabətin bu sahəsində böyük inqilab yaratmışdır.

Bu fikir Kürdəmirdə, dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 88-ci ildönümünə həsr edilmiş tədbirdə səsləndirilmişdir.

Tədbirin iştirakçıları qonaqlar əvvəlcə 2007-ci ildə istifadəyə verilmiş, müasir tibbi avadanlıqlarla təchiz olunmuş poliklinikanı, burada göz xəstəliklərinin müayinəsi otaqlarını gəzmiş, foyedə Zərifə xanımın həyat elmi fəaliyyətini əks etdirən eksponatlardan ibarət sərgiyə baxmışlar.

Poliklinikanın akt zalında keçirilən yığıncaqda görkəmli alimin tələbəsi, mərkəzi rayon xəstəxanasının həkimi Tamella Zahidova, baş həkim Zahid Əhmədov, göz həkimləri Vidadi Muradov, Babək Tahirov, poliklinika şöbəsinin müdiri Sabir Novruzov çıxış etmiş, Zərifə xanım Əliyevanın son dərəcə zəngin olan mənalı ömür yolundan, onun elmi, pedaqoji ictimai fəaliyyətindən ətraflı bəhs etmişlər.

Natiqlər qeyd etmişlər ki, Zərifə xanımın elmi tədqiqatlarının yüksək səviyyəsi, onların sosial əhəmiyyəti, alimin ictimai fəallığı, pedaqoji istedadı, çoxillik xidmətləri qiymətləndirilmiş, o, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. Dünya şöhrətli alim 140 elmi əsər, 10 monoqrafiya müəllifi olmaqla, 12 səmərəli təklifi ilə yadda qalmışdır.

Zərifə xanım Əliyeva çoxlarına nəsib olmayan qeyri-adi sadəliyi, nəcib qəlbi ilə hamının sevimlisi idi. Akademik, əməkdar elm xadimi, müxtəlif mükafatlar laureatı olan bu insan hamı üçün əziz idi, yaxın idi. Nadir istedad gözəl qəlbə malik olan bu insanın həyat yolu hər bir vətəndaş, hər bir alim həkim üçün müdriklik kamillik nümunəsi olaraq qalacaqdır.

Rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminə töhfələrini xatırlatmış, son illər respublikamızda, o cümlədən Kürdəmirdə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, tibbi kadrların hazırlanması sahəsində qazanılan böyük uğurlardan danışmışdır.

 

 

Azərbaycan.- 2011.-29 aprel.- S. 6.