Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə
Əlahəzrət!
Mərakeş şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.
Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Mərakeş xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 aprel 2011-ci il
Azərbaycan.- 2011.-30 aprel.- S., 2.