Bakı şəhərinin
Sabunçu rayonunda yeni poliklinikanın tikintisi ilə bağlı tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Sabunçu
qəsəbəsində yeni
poliklinikanın tikintisi
və onun lazımi avadanlıqla təchizatı üçün
Azərbaycan Respublikasının
2011-ci il dövlət
büdcəsində nəzərdə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
Ehtiyat Fondundan Bakı şəhərinin
Sabunçu Rayonu İcra Hakimiyyətinə
2,0 (iki) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci
hissəsində nəzərdə
tutulmuş vəsaitin
maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
29 aprel 2011-ci il
Azərbaycan.- 2011.- 30 aprel.- S. 2.