Küveyt Diplomatik İnstitutunun baş direktorunun Azərbaycana səfəri başa çatmışdır
Küveyt Diplomatik İnstitutunun baş direktoru, səfir Əbdüləziz əl-Şarehin Azərbaycana səfəri başa çatmışdır.
Azərbaycan Diplomatik Akademiyasından (ADA) AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində baş direktor xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşmüşdür. Əbdüləziz əl-Şareh ölkəsinin Azərbaycan ilə əməkdaşlığına önəm verdiyini vurğulamışdır.
Görüşdə ADA-nın rektoru Hafiz Paşayev də iştirak etmişdir. Küveytli qonaq Diplomatik Akademiyasının fəaliyyəti ilə də tanış olmuş, təhsil ocağının tədris prosesi və elmi araşdırmaları ilə maraqlanmışdır.
AzərTAc
Azərbaycan.- 2011.-30 aprel.- S. 5.