Gənclər təşkilatlarının nümayəndələri "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması ilə bağlı təkliflərini vermişlər

 

Aprelin 29-da Gənclər və İdman Nazirliyində (GİN) Gənclərlə iş üzrə İctimai Şuranın "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması ilə bağlı iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, gənclər idman nazirinin müavini İntiqam Babayev Dövlət Proqramının əhəmiyyətindən danışmış gənclərin bu proqramla bağlı təkliflərini verməsini yüksək qiymətləndirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin proqramın hazırlanması ilə bağlı sərəncamını yüksək qiymətləndirən nazir müavini İşçi Qrupun yaradıldığını artıq qrupun iclasının keçirildiyini diqqətə çatdırmışdır. Demişdir ki, ölkə başçısı bir qrup fəal gənclə görüşmüş problemləri onların dilindən eşitmişdir. Səmimi atmosferdə keçən görüşdə gənclər proqramın hazırlanması ilə bağlı təkliflərini vermişlər. Bu istiqamətdə GİN tərəfindən məqsədyönlü işlər həyata keçirilir. Belə ki, nazirliyin saytında xüsusi elektron poçt yaradılmışdır. Gənclər bura öz təklif rəylərini yaza bilərlər. Sayta daxil olmadan da təklifləri dp2011@mys.gov.az elektron ünvanına göndərmək mümkündür. Azərbaycan gəncləri bu elektron ünvanlara müxtəlif mövzularda təkliflər göndərirlər. Onların hamısı nəzərdən keçirilir sistemləşdirilir. Dövlət Proqramı insan kapitalının inkişafına, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə onların sosial rifahının yüksəldilməsinə xidmət edəcəkdir. Artıq ölkə başçısının tapşırığı ilə Azərbaycan Gəncləri Mərkəzinin inşası üçün torpaq sahəsi ayrılmış bina minlərlə gənci qəbul edə biləcək şəkildə inşa olunacaqdır. Mərkəzdə konfrans, iclas, yataqxana elektron-kitabxana da yer alacaqdır. Bu ildən isə Azərbaycan Gəncləri Fondunun fəaliyyətə başlaması nəzərdə tutulmuşdur. Fondun Əsasnaməsi artıq hazırlanmışdır.

Sonra gənclər təşkilatlarının nümayəndələri təkliflərini yazılı şəkildə İ.Babayevə təqdim etmişlər.

İclasda Milli Məclisin deputatı, respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədova, Gənclər Təşkilatları Milli Şurasının sədri, Milli Məclisin deputatı Fuad Muradov "İrəli" İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Ceyhun Osmanlı iştirak etmişlər.

Gənclərlə üzrə İctimai Şura 1994-cü ildən Gənclər İdman Nazirliyinin Kollegiyası nəzdində fəaliyyət göstərir. Şuranın məqsədi gənclərin qeyri-hökumət təşkilatlarının dövlət gənclər siyasətinin həyata keçirilməsinə, gənclərlə bağlı qanunların hazırlanmasına təkmilləşdirilməsinə yaxından cəlb etməkdir.

 

 

Azərbaycan.- 2011.-  30 aprel.- S.  5.