Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci
bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹4, II kitab, maddə 251, ¹5, maddə 323, ¹12, maddə 835; 2001, ¹1, maddə 24, ¹7, maddə 455; 2002, ¹1, maddə 9, ¹5, maddələr 236, 248, 258, ¹6, maddə 326, ¹8, maddə 465; 2003, ¹6, maddələr 276, 279, ¹8, maddələr 424, 425, ¹12, I kitab, maddə 676; 2004, ¹1, maddə 10, ¹4, maddə 200, ¹5, maddə 321, ¹8, maddə 598, ¹10, maddə 762, ¹ 11, maddə 900; 2005, ¹1, maddə3, ¹6, maddə 462, ¹7, maddə 575, ¹10, maddə 904, ¹11, maddə 994; 2006, ¹2, maddələr 71, 72, 75, ¹5, maddə 390, ¹12, maddələr 1008, 1020, 1028; 2007, ¹2, maddə 68, ¹5, maddə 398, ¹6, maddələr 560, 562, 579, ¹8, maddə 757, ¹10, maddələr 937, 941, ¹11, maddələr 1049, 1080, 1090, ¹12, maddə 1221; 2008, ¹6, maddələr 454, 461, ¹7, maddə 602, ¹10, maddə 884, ¹12, maddələr 1047, 1049; 2009, ¹5, maddə 315, ¹7, maddə 517, ¹12, maddə 953; 2010, ¹2, maddə 70, ¹3, maddələr, 171, 178, ¹4, maddələr 275, 276, ¹7, maddə 591; 2011, ¹4, maddə 253) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 12.1-1-ci və
12.2-1-ci maddələr əlavə edilsin:
“12.1-1. Azərbaycan
Respublikasının vətəndaşları və Azərbaycan
Respublikasında daimi yaşayan
vətəndaşlığı olmayan
şəxslər Azərbaycan Respublikasının hüdudlarından
kənarda törədikləri korrupsiya
cinayəti və qulluq mənafeyi əleyhinə
olan digər cinayətə görə xarici dövlətdə məhkum olunmamışlarsa,
bu Məcəllə əsasında cinayət
məsuliyyətinə cəlb edilirlər.”;
“12.2-1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq təşkilatların vəzifəli şəxsləri, beynəlxalq parlament assambleyalarının üzvləri, beynəlxalq məhkəmələrin vəzifəli şəxsləri və hakimləri olan Azərbaycan Respublikası vətəndaşlarının iştirakı ilə korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət törətdikləri halda və həmin cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edililər.”.
2.
12.5-ci maddədə “12.1-12.4-cü” rəqəmləri
“12.1-ci” rəqəmi ilə əvəz edilsin.
3.
189-1.3-cü və 189-1.4-cü maddələrdə “vəzifəli
şəxsi olmayan” sözləri çıxarılsın.
4.
Otuz üçüncü fəslin adı
aşağıdakı redaksiyada verilsin:
“Otuz
üçüncü fəsil. Korrupsiya cinayətləri və
qulluq mənafeyi əleyhinə olan digər cinayətlər”.
5.308-ci
maddənin “Qeyd” hissəsi aşağıdakı redaksiyada
verilsin:
“Qeyd:
Bu fəslin maddələrində “vəzifəli şəxs”
dedikdə aşağıdakı şəxslər başa
düşülür:
1.
hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan
Respublikasının Konstitusiyası və qanunları ilə
müəyyən olunmuş qaydada dövlət orqanlarına
seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət
əsasında dövlət və ya yerli özünüidarə
orqanlarını təmsil edən şəxslər, zabit,
gizir və ya miçman olan hərbi qulluqçular, dövlət
qulluqçuları (dövlət qulluğunun xüsusi
növündə çalışan şəxslər daxil
olmaqla), bələdiyyə üzvləri və bələdiyyə
qulluqçuları;
2.
dövlət orqanlarında seçkili vəzifələrə
namizədliyi qanunla müəyyən edilən qaydada qeydə
alınmış şəxslər;
3.
dövlət və bələdiyyə müəssisə, idarə
və təşkilatlarının, digər kommersiya və
qeyri-kommersiya təşkilatlarının rəhbərləri
və işçiləri;
4.
dövlət və bələdiyyə müəssisə, idarə
və təşkilatlarında, digər kommersiya və
qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət
üzrə təşkilati-sərəncamverici və ya
inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən
şəxslər;
5.
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə
məşğul olan şəxslər;
6.
xarici ölkələrin dövlət orqanlarının vəzifəli
şəxsləri, xarici ölkələrin seçkili
dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların
vəzifəli şəxsləri və digər
qulluqçuları, beynəlxalq parlament assambleyalarının
üzvləri;
7.
beynəlxalq məhkəmələrin hakimləri və digər
vəzifəli şəxsləri, arbitrajların xarici və
ya yerli arbitrləri, xarici və ya yerli andlı
iclasçılar.”.
6.
311.1-ci maddədə “və ya alması” sözlərindən
sonra “, yaxud bu barədə təklif və ya vədi qəbul
etməsi” sözləri əlavə edilsin.
7.
312.1-ci maddədə “güzəşt” sözündən
sonra “təklif olunması, vəd edilməsi və ya” sözləri
əlavə edilsin.
8.
312-1-ci maddə üzrə:
8.1.
312-1.1-ci maddədə “üçüncü şəxslər
üçün” sözlərindən sonra “, birbaşa və
ya dolayı yolla, şəxsən və ya vasitəçidən
istifadə etməklə” sözləri, “və ya
alınması” sözlərindən sonra “, yaxud bu barədə
təklif və ya vədin qəbul edilməsi” sözləri əlavə
edilsin;
8.2.
312-1.2-ci maddədə “üçün” sözü “məqsədilə
onun özü və ya üçüncü şəxslər
üçün birbaşa və ya dolayı yolla, şəxsən
və ya vasitəçidən istifadə etməklə”
sözləri ilə əvəz edilsin, “güzəştin”
sözündən sonra “təklif olunması, vəd edilməsi
və ya” sözləri əlavə edilsin.
9.313-cü
maddədə “, eləcə də vəzifəli şəxs
olmayan dövlət qulluqçusu və ya yerli
özünüidarə orqanı qulluqçusu” sözləri
çıxarılsın.
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun
2011-ci il.
Azərbaycan.- 2011.- 2 avqust.- S. 2.