Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹8, I kitab, maddə 584, ¹12, maddə 835; 2001, ¹1, maddə 24, ¹3, maddə 139, ¹7, maddə 455, ¹11, maddələr 680, 698, ¹ 12, maddə 731; 2002, ¹1, maddə 9, ¹4, I kitab, maddə 165, ¹5, maddələr 234, 237, 239, ¹6, maddə 326, ¹8, maddə 463, ¹12, maddə 692; 2003, ¹1, maddələr 3, 13, 23, ¹4, maddələr 177, 178, ¹5, maddə 228, ¹6, maddələr 257, 276, 279, ¹8, maddələr 407, 425, ¹12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, ¹1, maddələr 6, 7, 10, 13, ¹4, maddələr 200, 201, 204, ¹5, maddələr 313, 314, 317, 321, ¹6, maddə 397, ¹8, maddələr 596, 597, ¹10, maddələr 762, 779, ¹11, maddə 900, ¹12, maddə 973; 2005, ¹1, maddələr 5,6, ¹2, maddə 61, ¹4, maddələr 272, 273, 275, 278, ¹6, maddələr 462, 466, ¹7, maddə 576, ¹8, maddələr 691, 692, ¹10, maddələr 875, 877, 904, ¹11, maddələr 993, 994, 995, ¹12, maddələr 1083, 1085; 2006, ¹2, maddələr 64, 68, ¹3, maddələr 219, 220, 223, 225, ¹5, maddə 385, ¹6, maddə 478, ¹11, maddələr 923, 924, 932, ¹12, maddələr 1005, 1020, 1024; 2007, ¹1, maddələr 3, 4, ¹2, maddələr 65, 68, ¹5, madələr 397, 398, 401, 440, ¹6, maddələr 560, 561, 562, 579, ¹8, maddə 757, ¹10, maddələr 935, 936, 938, 940, ¹11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, ¹12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, ¹2, maddə 47, ¹3, maddələr 146, 152, 159, ¹4, maddə 249, ¹5, maddə 340, ¹6, maddələr 454, 460, 461, 464, ¹7, maddələr 601, 602, 605, ¹8, maddələr, 699, 701, 711, ¹10, maddələr 884, 885, ¹11, maddələr 956, 957, ¹12, maddələr 1045, 1047, 1049; 2009, ¹2, maddələr 36, 45, 49, 52, 53, ¹5, maddələr 309, 315, ¹6, maddələr 404, 405, ¹7, maddələr 517, 518, 519, ¹8, maddə 611, ¹12, maddələr 953, 954, 966, 971; 2010, ¹2, maddələr 70, 71, ¹3, maddələr 167, 171, 178, ¹4, maddələr 275, 276, ¹5, maddələr 379, 380, ¹6, maddə 483, ¹7, maddələr 577, 591, 594, 595, 598, 600, ¹10, maddə 838, ¹11, maddələr 936, 938, 949, ¹12, maddə 1059; 2011, ¹2, maddələr 70, 71, ¹3, maddələr 162, 164, 167, 168, 170, ¹4, maddə 254) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 307-2-ci maddə əlavə edilsin:

"Maddə 307-2. Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması

307-2.1. Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə -

yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

307-2.2. Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə -

üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

307-2.3. Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyadan keçmədən fəaliyyət göstərməsinə görə -

otuz beş manatdan əlli manatadək miqdarda cərimə edilir.

Qeyd:

1. Bu məcəllənin 307-2.1-ci və 307-2.2-ci maddələrində "şəxs" dedikdə "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş şəxslər başa düşülür.

2. Bu məcəllənin 307-2.1-ci və 307-2.2-ci maddələri həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.".

2. 360.1-ci maddədə "307-1," rəqəmindən sonra "307-2," rəqəmi əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2011-ci il

 

Azərbaycan.- 2011.-2 avqust.- S. 2.