Azərbaycan nümayəndə heyəti DTT-yə üzvlük prosesi çərçivəsində Cenevrədə danışıqlar aparmışdır

 

Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərliyi ilə İqtisadi İnkişaf, Sənaye və Energetika, Kənd Təsərrüfatı nazirlikləri və Dövlət Gömrük Komitəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti iyulun 25-dən 29-dək Cenevrədə səfərdə olmuşdur.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzvlüyü prosesi çərçivəsində Avropa İttifaqı, Ekvador, İsveçrə, BraziliyaÇin ilə danışıqları olmuşdur.

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) ilə məsləhətləşmələr aparılmış, Cenevrədə yerləşən Ticarət və Davamlı İnkişaf üzrə Beynəlxalq Mərkəzi ilə (İCTSD) Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin qurulması müzakirə olunmuşdur.

Bundan əlavə, M.Məmmədquliyev BMT-nin üzvü olan bir sıra dövlətlərin Cenevrədə akkreditə olunmuş nümayəndəliklərinin rəhbərləri ilə görüşlər keçirmişdir.

 

 

Azərbaycan.- 2011.-2 avqust.- S. 4.