Makedoniya Respublikasının Prezidenti
zati-aliləri cənab Gyorge İvanova
Hörmətli
cənab Prezident!
Ölkənizin
milli bayramı - Respublika günü münasibətilə Sizi
və xalqınızı şəxsən öz adımdan və
Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm
ki, Azərbaycan ilə Makedoniya arasındakı dostluq
münasibətlərinin, ikitərəfli və çoxtərəfli
qaydada əməkdaşlığımızın
inkişafı bundan sonra da xalqlarımızın rifahına
xidmət edəcəkdir.
Bu əlamətdar
gündə Sizə ən xoş arzularımı yetirir, dost
Makedoniya xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 25 iyul
2011-ci il
Azərbaycan.- 2011.-2 avqust.- S. 1.