Şəhərin hər guşəsi abad və təmiz olmalıdır

 

Gəncədə məsələ belə qoyulubbu istiqamətdə çox görülür

 

 Gəncə əsasən birmərtəbəli şəhərdir. Ona görə də çox geniş sahəyə yayılıb. Xüsusən qonşuluqdakı kənd rayonları ilə qovuşan yerlərdə illər boyu qanunlu-qanunsuz, planlı-plansız çoxlu evlər, obyektlər tikilib. Onları isə nizamlamaq, yol-izi sahmanlamaq, vahid sosial xidmət sistemini yaratmaq, hər bir yaşayış məhəlləsini şəhərin ümumi memarlıq ansamblına qovuşdurmaq lazımdır.

Son vaxtlar Gəncə şəhərində bu sahədə sistemli surətdə çox görülür. Öncə şəhərin vahid baş planı hazırlandı. Mövcud vəziyyət diqqətlə nəzərdən keçirildi, ucqar yerlərdə illər boyu gözdən uzaq, könüldən iraq qalan qəsəbələr, yaşayış məhəllələri müəyyən edildi.

Bəs belə sahələrdə işlərin nizamlanması üçün nə etmək lazım idi? Şəhər icra hakimiyyətində operativ əlaqələndirmə qərargahı yaradıldı. Bundan sonra müntəzəm surətdə ucqar yerlərə işçi qrupları göndərilir, mütəxəssislərin əli ilə hər bir yaşayış guşəsinin quruluşu, qayğıları araşdırılır. Məhz belə təhlillərdən sonra şəhər icra hakimiyyətinin təşəbbüsü ilə səyyar qəbullar, "açıq mikrofon" görüşləri keçirilir. Bu zaman bütövlükdə həmin yaşayış məhəlləsinin ehtiyacı, eləcə də hər bir sakinin arzusu və təklifi öyrənilir, mümkün olan işlərin operativ həlli üçün ilkin tədbirlər görülür. Bir qədər mürəkkəb məsələlərin icrası üçün isə müvafiq təşkilatlara konkret tapşırıqlar verilir.

Bu günlərdə növbəti səyyar qəbul zamanı Natavan qəsəbəsində işgüzar, əməli söhbətin şahidi olduq.  Bu yığcam qəsəbə İmamzadə səmtində yerləşir. Əvvəlcə hamını illər boyu narahat edən mühüm bir məsələ həll olundu - yeni qazılmış artezian quyusu istifadəyə verildi. Şır-şır axan nəhəng bulağın başında çox səmimi, çox mehriban söhbət başlandı.

Bir zaman diqqətdən kənarda qalan bu qəsəbədə qanunlu-qanunsuz çoxlu ev, obyekt tikilib. Burada təxminən 1000-ə qədər ailə yaşayır. Bu yerlər el arasında Natavan qəsəbəsi kimi tanınır. Sən demə, heç qəsəbə statusu və rəsmi adı da yox imiş. Son vaxtlarda ŞİH-in təşəbbüsü ilə burada küçələr nisbətən sahmana salınıb, yol çəkilib, elektron ATS qurulub, işıq problemi həll olunub. Bütün bu tədbirlər sakinlər tərəfindən yüksək rəğbətlə qarşılanır.

Bulaq başında görüş zamanı ŞİH-in başçısı Elmar Vəliyev Gəncədə görülən genişmiqyaslı abadlıq və quruculuq işlərindən danışdı. Şəhərin hər bir yaşayış guşəsi, hər bir sakini üçün qayğı və diqqətin vacibliyini xüsusi vurğuladı.

Görüşün iştirakçıları bu xeyirxah tədbirə ümidlə, inamla gəlmişdilər. Axı onlar bilirlər ki, Gəncədə belə tədbirlərin hər birindən sonra həmin ərazi sanki yenidən dirçəlir, tanınmaz olur. Xüsusən Heydər Əliyev prospektində, Nərimanov və Fikrət Əmirov bağlarında, müqəddəs İmamzadə kompleksində, Nizami Gəncəvinin abidəsi ətrafında, Üçbulaq ərazisində, GülüstanYeni Gəncə qəsəbələrində, Nizami küçəsində, Nərimanov prospektində genişmiqyaslı işlər görülür.

Hazırda şəhərin müxtəlif ərazilərində irili-xırdalı təqribən 1000-dən çox obyektdə qızğın gedir. 30 küçə başdan-başa yenidən qurulur, səkilər, keçidlər sahmana salınır, yeraltı kommunikasiya xətlərindən tutmuş, binaların fasadlarına, dam örtüklərinə kimi hər şey təzələnir. Memarlıq ansamblını pozan yöndəmsiz obyektlər sökülür, əvəzində müasir quruluşlu binalar tikilir. Bu işlərin çoxu məhz səyyar görüşlərin, canlı müşahidələrin, "açıq mikrofon" söhbətlərinin nəticəsidir. Bütün bunları bildiklərinə görə görüşə gələnlər ümidlə, etibarla danışırdılar. Natavan qəsəbəsində bir ağsaqqal dedi ki, sağ olun, son vaxtlarda yollar qaydaya salınıb. Amma nədənsə şəhərdən bu yerlərə marşrut avtobusu gəlmir.

ŞİH-in başçısı nəqliyyat idarəsinin rəisinə dərhal göstəriş verdi. Səhəri günü məsələnin nəticəsi ilə maraqlandıq. Dedilər qəsəbəyə artıq avtobus marşrutu açılıb.

Qarabağ şəhidi kapitan Zaur İsmayılovun anası şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlərdən danışdı. Sonra da xahiş etdi ki, küçələrdən birinə şəhid Zaur İsmayılovun adı verilsin.

Şəhər rəhbəri dedi ki, Gəncənin qəsəbələrində 100-dən artıq küçənin adı yoxdur. İndi bu məsələnin nizama salınması üçün tədbirlər görülür. Bu zaman Zaur İsmayılovun da xidmətləri nəzərə alınacaqdır.

 Görüş iştirakçılarından bir başqası vaxtilə çarəsiz qalıb qanunsuz tikdiyi evin, obyektin sənədləşdirilməsinin yolunu xəbər aldı. Sən demə, qəsəbədə bu cür adamlar çoxdur. Müvafiq təşkilatlara tövsiyə olundu ki, məsələ araşdırılsın, qanun daxilində torpağın və evlərin sənədlərinin qaydaya salınması üçün kömək göstərilsin.

Bulaq başındakı görüş zamanı daha bir sıra arzu və təkliflər səsləndi. Evinə telefon çəkdirmək istəyənlərin məsələsi həll olundu. Küçələrə asfalt döşənməsini, qəsəbədə bankomatın qoyulmasını, poçt şöbəsinin, tibb məntəqəsinin, aptekinuşaq bağçasının açılmasını istəyənlər də var idi. Amma söhbətlərin çoxu məktəbin yoxluğu ilə bağlı oldu. Məlumat verildi ki, bu məsələ həll olunmaq üzrədir. Dövlət proqramına əsasən, yaxın vaxtlarda burada 640 yerlik məktəb binasının tikilməsi nəzərdə tutulub. Bir sözlə, arzular, təkliflər çox idi. Hamısı diqqətlə dinlənildi. İcrası mümkün olan məsələlərin təcili həlli üçün müvafiq təşkilatlara göstərişlər verildi.

Aradan bir neçə gün keçəndən sonra həmin qəsəbəyə getdik. Gördük ki, hər yerdə qızğın gedir, qəsəbə sakinlərinin təklifləri həyata keçirilir. Onların bir neçəsi ilə söhbət etdik. Bu operativ köməyə, qayğı və diqqətə görə dövlət başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Ürəkdən gələn bu təşəkkür və minnətdarlıq sözlərini qədim Gəncənin hər bir guşəsində hər gün dönə-dönə eşidirik. "Gülçülük" sahəsinin təcrübəli işçisi Nazlı Bağırova sanki hamının qəlbindən xəbər verir:

- 40 ildir ki, bu sahədə çalışıram. Amma indiyə kimi qədim Gəncədə gülə-çiçəyə bu qədər böyük məhəbbət bəslənildiyinin şahidi olmamışam. Gündən-günə abadlaşan, gözəlləşən Nizami yurdu gül-çiçəyə bürünür. Gül-çiçək isə abadlığın, gözəlliyin rəmzidir. Hər cür bəzək-düzək, al-əlvan naxışlar bugünkü Gəncəyə gör necə yaraşır!

Yeni salınmış xiyabana maraqla baxan bir ağsaqqal isə Səməd Vurğunun ölməz misralarını yada saldı:

 

Gül-çiçək bürüsün Vətən mülkünü,

Mən də qoca vaxtı görüm o günü.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2011.-3 avqust.- S.  1.