Vyetnam Sosialist Respublikasının Prezidenti zati-aliləri cənab Çıonq Tan Şanqa

 

Hörmətli cənab Prezident!

Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında təşəkkül tapmış dostluq əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Vyetnam xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 2 avqust 2011-ci il

 

Azərbaycan.- 2011.- 3 avqust.- S.  1.