Bakıda Azərbaycan
Silahlı Qüvvələrinin xarici ölkələrdə və
beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi
attaşe və hərbi nümayəndələrinin
toplantısı keçirilir
Avqustun 3-də Bakıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələrinin toplantısı başlamışdır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən toplantıda nazirliyin beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov Silahlı Qüvvələrin beynəlxalq əməkdaşlıq fəaliyyətini geniş təhlil etmişdir.
Toplantıda Silahlı Qüvvələrin ikitərəfli əməkdaşlıq fəaliyyəti, hədəflər, əsas istiqamətlər və prioritetlər müzakirə edilmiş, aparılan islahatlardan danışılmışdır. Bundan başqa, Azərbaycan Respublikasının müdafiə sənayesinin potensialı və başqa məsələlər haqqında hesabat və müzakirələr dinlənilmişdir.
Toplantı
avqustun 5-dək davam edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2011.-4 avqust.- S.4.