Qoy, ədalət zəfər
çalsın!
Bu, ümummilli lider Heydər Əliyevin əsas prinsipi idi
"...Biz
ayrı-ayrı vəzifəli
şəxslərin davranışında
özünü büruzə
verən nalayiq hallara, pozğunluq təzahürlərinə göz
yuma bilmərik. Mənəviyyat, əxlaq bütün
işimizə nüfuz
etməlidir. Kadrları
açıq-aşkar, kütlələrin
gözü qarşısında
secmək, onlar haqqında kollektivin, adamların, iş yoldaşlarının rəyini
nəzərə almaq
lazımdır. Yalnız belə
olduqda kadrların seçilməsi və yerləşdirilməsindəki bir çox səhvlərin qarşısını
almaq, həmin sahədə işimizin səviyyəsini xeyli yüksəltmək olar".
Heydər Əliyev, 5 avqust
1969-cu il
Min illərin təcrübəsi
sübut edir ki, hər bir
xalqın, millətin inkişafında tarixi şəxsiyyətlərin rolu
danılmazdır. Bugünümüzdən keçmişə boylanarkən də vaxtilə dövrün, zamanın fövqündə
durmağı bacaran insanlarsız tarixi təsəvvür etməyin
mümkün olmadığı
qənaətinə gəlirsən.
Azərbaycan tarixinə də
belə şəxsiyyətlərin
adı yazılıb.
Onların arasında isə
ümummilli lider Heydər Əliyevin xüsusi yeri var.
Ulu öndər 1969-cu il iyulun 14-də Azərbaycan KP Mərkəzi
Komitəsinin birinci katibi seçiləndən
sonra xalqımızın
tarixində yeni bir səhifə açıldı. Bu səhifənin
hər cümləsində,
hər kəlməsində
bir fikir, bir niyyət ifadə olunurdu: haqq-ədalətin bərqərar
olması, dövlət-vətəndaş
münasibətlərinin hüquqi
müstəvidə tənzimlənməsi,
demokratik dəyərlərə
söykənən sivil
cəmiyyətin yaradılması.
Bu mənada 1969-cu ilin
5 avqust plenumu və həmin plenumda ümummilli liderin məruzəsi ovaxtkı sovetlər birliyində, eləcə də SSRİ-dəki bütün prosesləri diqqətlə izləyən
bir sıra xarici ölkə mətbuatında əsl hadisəyə çevrildi
desək - yanılmarıq. O vaxt plenumun gündəliyində
duran məsələ
belə adlanırdı:
"V.İ.Leninin anadan
olmasının 100 illiyinə
hazırlığın gedişi
haqqında". Ancaq respublikanın
rəhbəri Heydər
Əliyevin məruzəsi
daha çox başqa məsələləri
əhatə edirdi.
Burada daha çox sovet cəmiyyətindəki
uğurlardan deyil, çatışmazlıqlardan danışılırdı.
Tarixi avqust plenumunun iştirakçıları
və şahidləri
söyləyirlər ki,
bu, bütün Sov.İKP-nin və
SSRİ-nin tarixində
"proletariatın dahi
rəhbəri"nə həsr
olunmuş yeganə tədbir idi ki, belə tənqidi
ruhda keçirdi.
Bu mövzuda xarici mətbuatın o dövrdə
yazdıqları olduqca
maraqlıdır: "Reyter"
agentliyi 11 avqust 1969-cu
ildə yazırdı:
"Ötən ay Azərbaycan
Partiya Komitəsinə
rəhbər seçilən
bu şəxs Zaqafqaziya sovet respublikası olan Azərbaycanda yüksək
vəzifəli şəxslər
arasında korrupsiya və mənəvi durğunluq halları barədə qeyri-adi bəyanat səsləndirib..."
"Azadlıq" radiosunun rus dilində 12 avqust 1969-cu il
buraxılışından bir hissə: "Bakı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi Heydər Əliyev Azərbaycan SSR-in bir sıra məsul dövlət və partiya işçisinin rüşvətxorluq və
əxlaqazidd hərəkətlərini
ifşa eləyən bəyanatla çıxış
etmişdir... O, günahkarların
ifşa olunmasını
və rüşvətxorluqla
amansız mübarizə
aparılmasını tələb
etmişdir. Bundan başqa, Əliyev
təsdiqləmişdir ki,
Azərbaycan SSR-in bir çox məsul əməkdaşı qohumbazlıqla
vəzifəyə yiyələnib".
"Morninq star" qəzeti 12
avqust 1969-cu il:
"Cənab Əliyev
bəzi vəzifəli
şəxslərin mənəviyyatsızlığını
və özünüaparma
qaydalarının pozulmasını
kəskin tənqid etmişdir... O, respublikada idarə üsulunu, kadrların seçilərək
yerləşdirilməsini kəskin
tənqid etmişdir..."
"Yeni həyat" (Türkiyə) 30 avqust
1969-cu il: "...Güman edirlər ki, Azərbaycandakı mövcud vəziyyətin bu cür şərh
olunması üçün...
Moskvanın razılığı alınmışdır. Çünki
N.S.Xruşşov dövründən
bəri ilk dəfə
belə yüksək mənsəb sahibi olan bu qədər
şəxsə qarşı
belə ağır ittiham səsləndirilmişdir..."
Göründüyü kimi, hələ o vaxt Azərbaycana rəhbərlik edən Heydər Əliyev "Qoy, ədalət zəfər çalsın!"
prinsipindən çıxış
edərək qanuna, hüquq qaydalarına əməl olunmasını
əsas amil kimi götürərək
ardıcıl tədbirlər
həyata keçirməyə
başlamışdır. Ümummilli lider
hələ o vaxt sovet qanunlarının sərtliyinə baxmayaraq, öz xalqının hüquqları uğrunda mübarizə aparmış,
bir sözlə, haqqı nahaqqa qurban verməmiş, mütərəqqi fikirli ziyalıları təqiblərdən
qoruyub saxlaya bilmişdir.
Tarixə
çevrilən 5 avqust
1969-cu il plenumu, sözün həqiqi mənasında, Azərbaycanın ictimai-siyasi
həyatında bir dönüş yaratdı.
Plenumdan dərhal sonra respublikanın iqtisadiyyatında
canlanma yarandı, korrupsiya ilə mübarizə dönməz
xarakter aldı. Hamı o illərdə lentə alınan, həmin ab-havanın məhsulu olan "İstintaq" filmini yaxşı xatırlayır, cəmiyyətin
hansı qanunlarla idarə olunduğunu yaxşı bilir.
O vaxt həyata keçirilən islahatlar içərisində ən
vacibi elmin və təhsilin inkişafı ilə bağlı idi. O illərdə ali
məktəblərə qəbul
zamanı baş verən neqativ halların aradan qaldırılması, istedadlı
gənclərin keçmiş
İttifaqın ayrı-ayrı
ali məktəblərinə
göndərilməsi üçün
bütün vasitələrdən
istifadə edən ümummilli lider respublikanın gələcəyini
təhsilli, vətənpərvər
gənclərdə görürdü.
1978-ci ildə qəbul
edilən Azərbaycan
SSR-in Konstitusiyasında Azərbaycan
dilinin rəsmi dövlət dili kimi təsbit edilməsi də böyük öndərin
qətiyyəti və
uzaqgörənliyi sayəsində
mümkün olmuşdu.
Aradan illər
ötsə də, bugünkü uğurların
həmin dövrdən
başlayaraq, özü
də necə çətinlik və əziyyətlə qazanıldığını
görmək olar. Bir də gözəl sözdür: dünən,
bu gün və sabah
- hər biri o birinə dayaq və arxa, bir-birinə
səbəb və nəticədir. Bu gün hər bir kəsin vəzifəsi bu əbədi prosesi qoruyub saxlamaq, gələcək nəsillərə
ötürməkdir.
Bəxtiyar QARACA
Azərbaycan.- 2011.- 5 avqust.- S. 3.