Sevilən alim, müəllim, ziyalı

 

Müəllimini sevənlər, onlardan bilgi alanlar həmişə həyatda uğur qazanırlar. Elə müəllimlər də olur ki, unudulmur, qürurla adı çəkilir, gənclərə nümunə göstərilən şəxsiyyət kimi tanınırlar. Həyatda ən çox sevilən, yaddaşlarda iz qoyan məhz müəllim olur - öz peşəsinin vurğunu, bu müqəddəs ada şərəf gətirən müəllimE 75 yaşı qeyd edilən professor T.Ağdamski də belə müəllimlərdən, ziyalılardandır.

Telman Əhməd oğlu Ağdamski 1936-cı il avqustun 6-da Ağdaş rayonunda görkəmli teatr, respublikanın əməkdar incəsənət xadimi Əhməd Bədəlbəyli-Ağdamskinin ailəsində anadan olmuşdur.

O, 1953-cü ildə orta məktəbi bitirmiş, həmin il Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. 1958-ci ildə ali təhsilini başa çatdıraraq kimya ixtisasına yiyələnmişdir.

Hələ tələbə ikən, 1957-ci ildə Telman Ağdamski AMEA-nın Kimya Problemləri İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlamışdır. 1957-1967-ci illərdə həmin institutun aspirantı olmuş, kiçik elmi işçi vəzifəsində işləmişdir.

1967-ci ildən indiyədək ADPU-nun "AnalitikFiziki kimya" kafedrasında dosent (1967-1993) və 1993-cü ildən professor işləyir. 1972-1981-ci illərdə Pedaqoji Universitetin kimya fakültəsinin dekanı olmuşdur.

1965-ci ildə "Dehidrogenləşmə və polimerləşmə reaksiyalarında oksid katalizatorlarının tədqiqi" mövzusunda namizədlik, 1992-ci ildə "İkivalentli nadir torpaq elementlərinin tsiklopentadienil (arenil), metal karbonil, tetrafuranot komplekslərinin sintezi, quruluşukatalitik xassələri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. O, kimyaqeyri-üzvi kimya qrifləri üzrə elmlər doktorudur.

Professor T.Ağdamskinin əsas elmi tədqiqatları fizikikoordinasiya kimyası sahələridir. Onun tərəfindən n-butanın dehidrogenləşmə reaksiyasında nadir torpaq elementlərinin promotorluq xassəsi öyrənilərək bu məqsədlə sənayedə istifadə olunan K-5 katalizatoru yerli xammal əsasında sintez edilmiş yüksək fəallığa malik katalizatorla əvəzlənməsi təklif olunmuşdur. O tərkibində df elementləri π və σ rabitələri olan ikiüç valentli samarium, yevropiumitterbiumun pskilopentadienil, arenil törəmələrini sintez etmiş, onların xassələrini və quruluşunu tədqiq etmişdir. Alim müəyyənləşdirmişdir ki, birləşmələrdə lantanoid ilə karbon atomu arasında rabitə σ rabitəsidir.

Tərkibində kobaltmanqan olan lantanoidlərinin alınması üsulu işlənib hazırlanmış və onları seolitlər üzərinə çökdürməklə yeni növ katalizatorlar sintez edilmişdir. Həmin katalizatorların iştirakı ilə kiçik molekulların fəallaşdırılması, karbonilləşmə reaksiyaları tədqiq olunmuşdur. Tanınmış alim 1985-2001-ci illərdə kimya elminin qeyd edilən iki sahəsi üzrə beynəlxalq simpoziumlara dəvətlər almışdır. Koordinasiya kimyası üzrə İsveçrədə (1985), Yunanıstanda (1986), Avstraliyada (1988), Portuqaliyada (1989), Almaniyada (1992), Yaponiyada (1994), Kanadada (1998), Amerikada (2001) keçirilmiş XIII-XXIV beynəlxalq elmi məclislərdə iştirak etmiş, karbon 4 oksidin tətbiqinə dair I, II, III, IV beynəlxalq konfranslara - Almaniyaya (1990), İtaliyaya (1993), Yaponiyaya (1994, 1997) dəvət olunmuş və məruzələrinin tezisləri sanballı jurnallarda çapdan çıxmışdır.

Professor T.Ağdamskinin elmi-pedaqoji fəaliyyəti bir dərslikdə, 14 dərs vəsaitində, 150-yə qədər elmi əsərdə, o cümlədən 3 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. O, 45 ildir ki, kimya fakültəsində fiziki-kolloidkimya fənnindən mühazirələr oxuyurpedaqoji universitetlərin kimyakimya bilologiya fakültələrinin tələbələri üçün ana dilində bir sıra ilk dərslik, dərs vəsaitləri, metodik göstərişlər və tədris proqramlarının müəllifidir. Onun "Kimyəvi termodinamika və tarazlıq", "FizikiKolloid kimyadan praktiki rəhbərlik", "Fiziki kimyadan praktikum", "Məhlullar", "Elektrokimya", "Fiziki kimyadan məsələ və çalışmalar", "Kolloid kimya" və başqa kitabları bu qəbildəndir.

Telman Ağdamski respublikanın ümumtəhsil məktəbləri üçün kimya fənni üzrə yüksək ixtisaslı müəllim kadrlarının hazırlanmasında müstəsna xidmətlər göstərmişdir. Ölkəmizdə elə bir ümumtəhsil və ali məktəb, kimya ilə bağlı elmi-tədqiqat müəssisəsi tapmaq olmaz ki, orada Telman müəllimin tələbələri işləməsin. Indi tanınmış alimin tələbələri arasında AMEA-nın müxbir üzvləri, kimyapedaqoji elmlər namizədləri və doktorları var. Onun bu əməyi Təhsil Nazirliyinin, ADPU-nun rəhbərliyinin müxtəlif mükafat və fəxri fərmanları ilə qiymətləndirilmişdir.

Biz də fəxr edirik ki, Telman müəllimin tələbələri olmuşuq. Tədris etdiyi fənn çətin olsa da, professor mühazirəni o qədər səlis, dəqiq və anlaşılan formada oxuyur ki, onu başa düşməmək qeyri-mümkündür. Telman müəllimin çox gözəl natiqlik mədəniyyəti və xüsusi intonasiyası onun mühazirələrinə, adicə söhbətlərinə belə yorulmadan qulaq asmağa imkan verir.

Telman Ağdamski dekan olduğu illərdə fakültənin tələbələrinə yüksək diqqət və qayğı ilə yanaşmış, bir çox problemlərin həllində onlara dəstək olmuşdur. O, bir müəllim olaraq həmişə nüfuzunu gözləmiş, yetirmələrinə özünü sevdirə bilmişdir.

Professor T.Ağdamski 2006-cı ildə ADPU-nun 85 illik yubleyi münasibətilə Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə "Fəxri fərman"la, 2007-ci ildə maarifçilik sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası "Bilik" maarifçilikinformasiya mərkəzinin qərarına əsasən, akademik Yusif Məmmədəliyev adına medalla, 2008-ci ildə "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur. O, 1973-1981 və 1993-2003-cü illərdə kimya elmi üzrə ixtisaslaşdırılmış müdafiə Elmi Şurasının üzvü olmuşdur, 2004-2009-cu illərdə və 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası kimya elmləri üzrə Ekspert Şurasının üzvüdür.

2011-ci il avqustun 6-da professor Telman Ağdamskinin 75 yaşı tamam olur. Ona cansağlığı, uzun ömür, bu şərəfli həyat yolunda parlaq zəkasının qüdrəti ilə yeni-yeni nailiyyətlər arzulayırıq.

Geniş elmi biliyə zəngin ali məktəb təcrübəsinə malik olan professor Telman Ağdamski elm, mədəniyyət ali təhsil sahəsində fəaliyyət göstərən yaradıcı ziyalılarımızla birlikdə öz həyatının başlıca qayəsini doğma xalqına, dövlət müstəqilliyimizin möhkəmlənməsinə xidmətdə görür. Ona gələcək elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.

 

 

Vaqif ABBASOV,

AMEA-nın müxbir üzvü,

kimya elmləri doktoru,

professor

 

Mütəllim ABBASOV,

pedaqoji elmlər doktoru,

əməkdar müəllim

 

Azərbaycan.- 2011.- 5 avqust.- S. 5.