Sinqapur Respublikasının Prezidenti zati-aliləri cənab Sellapan Ramanatana

 

Hörmətli cənab Prezident!

Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə bütün xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.

Ümidvaram ki, Azərbaycan ilə Sinqapur arasında təşəkkül tapmış münasibətlər daim dostluq əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sinqapur xalqına sülh rifah arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 iyul 2011-ci il

 

Azərbaycan.- 2011.- 9 avqust.- S. 1.