Azərbaycan
Respublikasının Mülki Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
13-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹4, I kitab, maddə 250, ¹5, maddə 323, ¹12, maddə 835; 2002-ci il, ¹12, maddə 709; 2003-cü il, ¹8, maddə 420; 2004-cü il, ¹3, maddə 123, ¹5, maddə 318, ¹6, maddə 415, ¹10, maddə 761, ¹11, maddə 901; 2005-ci il, ¹2, maddə 61, ¹6, maddə 466, ¹8, maddələr 684, 692, 693, ¹11, maddə 996, ¹12, maddə 1085; 2006-cı il, ¹2, maddə 68, ¹3, maddə 225, ¹5, maddə 387, ¹6, maddə 478, ¹8, maddə 657, ¹12, maddə 1005; 2007-ci il, ¹2, maddə 80, ¹6, maddə 560, ¹8, maddə 745, ¹10, maddə 937, ¹11, maddə 1053, ¹12, maddələr 1215, 1219; 2008-ci il, ¹3, maddə 145, ¹6, maddə 456, ¹7, maddə 602, ¹12, maddə 1049; 2009-cu il, ¹2, maddə 47, ¹5, maddə 295, ¹6, maddə 404, ¹7, maddə 517; 2010-cu il, ¹4, maddə 266) aşağıdakı dəyişikliklər edilsin:
1. 1179.2-ci maddədə “yerli
özünüidarə orqanı” sözləri” “müvafiq icra hakimiyyəti
orqanları” sözləri ilə əvəz edilsin.
2.
1187-ci maddədə:
2.1.
maddənin adı aşağıdakı redaksiyada verilsin: “Vəsiyyətnamənin
depozitə qoyulması”;
2.2.
1187.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“1187.1. Vəsiyyət edən öz
əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni
zərfə qoyub bağlayaraq
üç şəxsin yanında notariusa və ya Azərbaycan
Respublikası konsulluqlarının vəzifəli şəxslərinə
verə bilər. Həmin şəxslərin orada
olması onların zərfin üzərində notariat qaydasında (formasında) təsdiq edilmiş imzaları ilə müəyyən olunur.”;
2.3.
1187.2-ci maddənin mətnində “digər müvafiq vəzifəli
şəxsdə” sözləri “Azərbaycan
Respublikasının konsulluqlarında” sözləri ilə əvəz
edilsin.
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun
2011-ci il.
Azərbaycan.- 2011.-10 avqust.- S.
1.