Azərbaycanda səfərdə
olan Çin Xalq Respublikası Silahlı Milis Qüvvələrinin
yüksək rütbəli zabitlərindən ibarət
nümayəndə heyəti Daxili Qoşunların komandanı
ilə görüşmüşdür
Ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası Silahlı Milis Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti avqustun 9-da Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənovla görüşmüşdür.
AzərTAc xəbər verir ki, görüşdə çinli qonaqlara Daxili Qoşunların xidməti döyüş fəaliyyəti, keçdiyi döyüş yolu barədə geniş məlumat verilmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur.
Nümayəndə heyəti səfər
çərçivəsində Daxili Qoşunların bir
neçə hərbi hissəsinə baş çəkəcək,
buradakı xidmət sahələri ilə tanış
olacaqdır.
Azərbaycan.- 2011.- 10 avqust.- S. 2.