Azərbaycan Prezidenti İlham Əliyev Dominika Birliyinin Baş naziri Ruzvelt Skerritin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Dominika Birliyinin Baş naziri Ruzvelt Skerritin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə qarşılıqlı əlaqələrin genişləndirilməsində ölkələrimizin maraqlı olduğu qeyd edildi, siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 11 avqust.- S.  2.