Nazirlər
Kabinetində görüş
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Dominika Birliyinin Baş naziri Ruzvelt Skerrit avqustun 10-da Baş nazir Artur Rasizadə ilə görüşmüşdür.
Bakıya səfərinin qarşılıqlı münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini söyləyən Ruzvelt Skerrit iki dövlət arasında münasibətlərin inkişafı üçün böyük potensialın mövcud olduğunu bildirmişdir.
Qonağı ölkəmizdə görməkdən məmnunluğunu ifadə edən Baş nazir Artur Rasizadə Dominika Birliyinin Baş nazirinin bu səfərinin ikitərəfli münasibətlərə töhfə verəcəyini vurğulamışdır.
Görüşdə ölkələrimiz arasında ikitərəfli iqtisadi münasibətlər və tərəfləri maraqlandıran məsələlər müzakirə edilmişdir.
AzərTAc
Azərbaycan.- 2011.- 11 avqust.- S. 2.