Azərbaycanı
Milli Aviasiya Akademiyası təmsil edəcək
Avqustun 16-dan 21-dək Moskvada "MAKS-2011" Beynəlxalq aviakosmik sərgisi keçiriləcəkdir. Azərbaycanı bu sərgidə Milli Aviasiya Akademiyası təmsil edəcəkdir.
AzərTAc sərginin təşkilat komitəsinin rəsmi saytına istinadla xəbər verir ki, tədbirdə dünyanın 40-dək ölkəsindən 842 təşkilat öz məhsullarını nümayiş etdirəcəkdir. Sərgi çərçivəsində bir sıra tədbirlərin keçirilməsi də nəzərdə tutulmuşdur.
Beynəlxalq sərgidə aviasiya texnikası
nümunələri, hərbi təyinatlı məhsullar, habelə
sərnişin və idman təyyarələri nümayiş
etdiriləcəkdir.
Azərbaycan.- 2011.- 11 avqust.- S. 5.