“Bəzi fəaliyyət
növlərinə xüsusi
razılıq (lisenziya) verilməsi
qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli
782 nömrəli Fərmanında dəyişiklik edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, teleradio sahəsində fəaliyyətin lisenziyalaşdırılmasını təkmilləşdirmək məqsədi ilə qərara alıram:
“Bəzi fəaliyyət növlərinə
xüsusi razılıq (lisenziya)
verilməsi qaydalarının təkmilləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002, № 9, maddə 555; 2003, № 3, maddə
153, № 10, maddə 570; 2005, № 2, maddə 69, № 4, maddələr
301, 307, № 8, maddə 721, № 10, maddə 919, № 12, maddələr
1104, 1117; 2006, № 7, maddə 591, № 9, maddə 743, № 11, maddə
945, № 12, maddə 1057; 2007, № 6, maddə 618, № 8,
maddələr 759, 765, № 10, maddə 943, № 11, maddələr
1098, 1106; 2008, № 8, maddə 718, № 9, maddə 799, № 11, maddə
969, № 12, maddə 1059; 2009, № 2, maddə 64, № 3, maddə 163, № 8,
maddələr 619, 621, № 10, maddə 785, № 11, maddə 884;
2010, № 2, maddə 80, № 3, maddə 180, № 9, maddə 776, № 12, maddə
1061; 2011, № 2, maddə 85, № 4, maddə 288; Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli
436 nömrəli Fərmanı) 2 nömrəli əlavənin
- "Xüsusi razılıq (lisenziya) tələb olunan
fəaliyyət növlərinin siyahısı və həmin
fəaliyyət növlərinə xüsusi
razılıq (lisenziya) verilməsinə
görə ödənilən dövlət rüsumunun məbləğləri”nin
33-cü hissəsi aşağıdakı redaksiyada
verilsin:
33. |
Teleradio yayımı: |
Milli Televiziya və Radio Şurası |
|
33.1. |
ümumrespublika televiziya yayımı |
11 000 |
|
33.2. |
Bakı şəhəri üzrə televiziya
yayımı |
5 500 |
|
33.3. |
regional televiziya
yayımı |
3 000 |
|
33.4. |
ümumrespublika radio yayımı |
5 000 |
|
33.5. |
Bakı şəhəri üzrə radio
yayımı |
2 500 |
|
33.6. |
regional radio
yayımı |
1 000 |
|
33.7. |
əlavə informasiya yayımı |
1 000 |
|
33.8. |
abonentlərinin sayı 5 000-dək olan
kabel şəbəkəsi yayımı |
3 000 |
|
33.9. |
abonentlərinin sayı 5 000-dən yuxarı olan kabel şəbəkəsi
yayımı |
5 000 |
|
33.10. |
peyk уayımı |
|
1 000 |
33.11. |
xarici teleradio
kanallarının peyk vasitəsilə teleradio yayımının
kodlaşdırılmış qurğularla
həyata keçirilməsini təmin edən fəaliyyət |
1 000 |
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 avqust
2011-ci il.
Azərbaycan.- 2011.- 12 avqust.-
S. 1.