“Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə”yə dəyişiklik və əlavə edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 379 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1051; 2008, № 4, maddə 255, № 11, maddə 970, № 12, maddə 1065; 2009, № 10, maddə 775, № 12, maddələr 983, 991; 2010, № 2, maddə 80, № 3, maddə 179, № 4, maddə 296; 2011, № 2, maddələr 83, 85) 9-cu hissəsində “317” rəqəmi “334” rəqəmi ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 avqust 2011-ci il.

 

Azərbaycan.- 2011.- 12 avqust.- S.  1.