Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyətinin yaradılması haqqında qərar qəbul edilmişdir

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti avqustun 10-da Nəqliyyat Nazirliyinin nəzdində tikilən təsərrüfat hesablı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyətinin yaradılması haqqında qərar qəbul etmişdir.

AzərTAc xəbər verir ki, idarə Bakı şəhərinin Qaradağ rayonunun Ələt qəsəbəsində inşa edilən Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin vaxtında və yüksək keyfiyyətlə tikilib istifadəyə verilməsinə və aparılan tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsini, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılan vəsaitin idarə edilməsinin səmərəliliyinin artırılmasını, habelə tikinti prosesində ortaya çıxan məsələlərin operativ həllini təmin etməlidir.

 

 

Azərbaycan.- 2011.- 12 avqust.- S. 1.