Azərbaycan İrana nota vermişdir

 

Avqustun 11-də İranın ölkəmizdəki səfiri Məmmədbaqir Bəhrami avqustun 9-da "Fars" xəbər agentliyinin yaydığı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin Azərbaycan rəhbərliyinin xalqının ünvanına yersiz fikirlərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunmuşdur.

XİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, xarici işlər nazirinin müavini Nadir Hüseynov iranlı diplomata Azərbaycan tərəfinin etiraz notasını təqdim etmişdir.

Nazirliyin notasında İran rəsmisinin bu cür məsuliyyətsiz iftiralarına qəti etiraz bildirilir İran mətbuatında Azərbaycan xalqına dövlətinə qarşı yönəldilmiş, milli mənafeyi təhlükəsizliyinə zidd məlumatların yayımlanmasının, dövlətimizin daxili xarici siyasətinin təhrif olunmasının ölkələrimiz arasında yaranmış dostluq, qarşılıqlı anlaşma öhdəliklərlə ziddiyyət təşkil etdiyi vurğulanır.

Ölkəmizin xarici siyasət idarəsi Azərbaycana qarşı qərəzli bəyanatların verilməsinin qarşısının alınması bu kimi addımların təkrar olunmaması istiqamətində İran İslam Respublikası tərəfindən qısa müddət ərzində müvafiq tədbirlərin görülməsini sözügedən məsələyə dair aydınlıq gətirilməsini tələb etmişdir.

 

 

Azərbaycan.- 2011.- 12 avqust.- S. 1.