İranın ölkəmizdəki səfirliyi Azərbaycanın ünvanına söylənilmiş fikirləri təkzib etmişdir

 

İranın ölkəmizdəki səfirliyi Azərbaycanın ünvanına söylənilmiş fikirləri təkzib etmişdir.

Səfirlikdən AzərTAc-a daxil olmuş təkzibdə deyilir: "İran İslam Respublikasının xarici işlər nazirinin göstərişinə əsasən İran İslam Respublikasının Silahlı Qüvvələri Baş Qərargahının rəisi cənab Həsən Firuzabadinin söylədiklərinə dair yayılan xəbərlər təkzib edilir.

Sözügedən çıxışın cənab Firuzabadiyə aidiyyəti yoxdur və yayılan xəbərlər isə KİV-in anlaşılmazlığının nəticəsidir".

 

 

Azərbaycan.- 2011.- 12 avqust.- S.  1.