Qədim
Şamaxı gəncləşir
Bura günü-gündən abadlaşan, gözəlləşən, inkişaf edən Azərbaycanın bir guşəsi - qədim Şamaxı torpağıdır.
Şamaxının son illərdə sürətlə dəyişdiyini rayon mərkəzinə daxil olmadan yollar boyu da görmək olur. Çox sayda yaraşıqlı evlər tikilib, gözoxşayan yaşıllıqlar salınıb. Şamaxının özü də tanınmaz olub. Küçələr, prospektlər, parklar abadlaşıb, hər yanda səliqə-sahman duyulur. Bu, həm sakinlərin ürəyindən xəbər verir, həm də qonaqların zövqünü oxşayır.
Şamaxının bugünkü görkəmində diqqəti çəkən ən başlıca cəhət odur ki, burada tarixlə müasirlik birləşir. Yollar boyu Azərbaycanın milli memarlıq üslubu ilə tikilən qoruyucu hasarlar öz ornamentləri ilə seçilir. Park və xiyabanlarda da xalqımızın qədim məişətini xatırladan əşyalardan istifadə olunması həm onların hüsnünə gözəllik bəxş edir, həm də buraya gələnlərə, xüsusilə turistlərə tarixi keçmişimiz haqqında maraqlı məlumat verir.
Bir sözlə, regionların inkişafına
yönəldilən dövlət proqramlarına uyğun
bütün bölgələrdə olduğu kimi, Şamaxıda
da işlər davam edir və öz bəhrəsini göstərir.
Azərbaycan.- 2011.-12 avqust.- S. 1.