Dominika Birliyinin Baş naziri Ruzvelt Skerrit Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur

 

Azərbaycanda səfərdə olan Dominika Birliyinin Baş naziri Ruzvelt Skerritin başçılıq etdiyi nümayəndə heyəti avqustun 11-də Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur.

AzərTAc xəbər verir ki, qonaqlara muzeyin tarixi barədə ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, muzeyin yerləşdiyi, Bakının ən gözəl memarlıq abidələrindən olan bina 1895-1897-ci illərdə tikilmiş Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur. 1920-ci ildə binada yaradılmış muzeydə qədim dövrdən başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə dair 300 mindən çox eksponat toplanmışdır.

Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir.

150-dən çox işçinin çalışdığı muzey həm Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda elmi tədqiqat mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir.

Xüsusi olaraq qonaqların diqqətinə çatdırılmışdır ki, muzeyin binası Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunmuşdur.

Nümayəndə heyəti Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyinin eksponatlarına da maraqla tamaşa etmişlər. Buradakı məişət əşyaları tarixi sənədlər onlarda böyük təəssürat yaratmışdır.

Ruzvelt Skerrit muzeyin xatirə kitabına ürək sözlərini yazmışdır.

 

 

Azərbaycan.- 2011.- 12 avqust.- S. 2.