Rusiya və Qazaxıstanın Azərbaycandakı səfirləri Qəbələdə Beynəlxalq yay düşərgəsinin iştirakçıları ilə görüşmüşlər

 

Rusiya və Qazaxıstanın ölkəmizdəki səfirləri Vladimir DoroxinSerik Primbetov avqustun 11-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı, Müstəqil Dövlətlər Birliyinə üzv Ölkələrin Hökumətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Gənclərİdman Nazirliyinin dəstəyi ilə Qəbələdəki "Yeddi gözəl" istirahət mərkəzində keçirilən MDB ölkələri tələbə liderlərin yay məktəb-düşərgəsinin iştirakçıları ilə görüşmüşlər.

AzərTAc xəbər verir ki, görüşdə rusiyalı və qazaxıstanlı səfirlər beynəlxalq yay məktəb-düşərgəsində iştirak edən Azərbaycan, Rusiya, Ukrayna, Tacikistan, Qırğızıstan, Qazaxıstan, MoldovaBelarusun müxtəlif ali məktəbləri tələbələrinin suallarını cavablandırmışlar.

Diplomatlar MDB-yə üzv ölkələrin dostluq əlaqələrinin gənclər tərəfindən də davam etdirilməsini və ilk dəfə Azərbaycanda belə bir mötəbər Beynəlxalq yay düşərgəsinin təşkilini müsbət qiymətləndirmiş, bu düşərgənin hər il MDB-nin bir ölkəsində, o cümlədən Rusiya və Qazaxıstanda davam etdirilməsi təklifini irəli sürmüşlər.

MDB-yə üzv ölkələrin tələbə-gənclər təşkilatlarının əlaqələrinin inkişafına, gənclərin bilik və bacarıqlarının artırılması üçün təcrübə mübadiləsinin aparılmasına Rusiya və Qazaxıstanın da xüsusi önəm verdiyini bildirən qonaqlar gənclərin bu düşərgədə natiqlik, komanda işi, təşkilatçılıq, dünya görüşünün artırılması kimi bacarıqlara yiyələnməsini yüksək qiymətləndirmişlər. Gənclərin burada təmsil etdikləri ölkələrin tarixi, coğrafiyası, mədəniyyəti, milli adət-ənənələri, mətbəxi, musiqisi, tanınmış şəxsiyyətləri barədə digər iştirakçılara məlumat verməsinin və bu cür tədbirlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayan səfirlər MDB ölkələrinin tələbə-gənclər təşkilatları arasında böyük nüfuza malik olan ATGTİ-nin fəaliyyətini yüksək qiymətləndirmişlər.

 

Azərbaycan.- 2011.-12 avqust.- S.  2.