Artıq 25
ölkə Azərbaycanda keçiriləcək
"Eurovision-2012" müsabiqəsində
iştirakını təsdiqləmişdir
Daha iki ölkə Azərbaycanda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsində iştirakını təsdiqləmişdir.
AzərTAc xəbər verir ki, San-Marino və 2011-ci ildən müsabiqəyə qayıdan, builki yarışmanın böyük beşliyinə daxil olan İtaliya Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsində iştirak edəcək ölkələr sırasına qoşulmuşlar. Bununla da müsabiqədə iştirak edəcək ölkələrin sayı 25-ə çatmışdır.
Bunlar Azərbaycan da daxil olmaqla, Türkiyə,
Almaniya, Avstriya, Belçika, Belarus, Çexiya, Danimarka,
Estoniya, Ermənistan, Finlandiya, İsveç, İsveçrə,
İsrail, İtaliya, Kipr, Gürcüstan, Macarıstan,
Niderland, Norveç, Xorvatiya, Rumıniya, San-Marino, Slovakiya və
Sloveniyadır.
Azərbaycan.- 2011.-12 avqust.- S.
5.